12500 dollar dəyərində yüksək texnologiyalı unitaz: o, çox şey bacarır

Əksəriyyətimiz üçün isti unitaz qapağı narahat bir haldır - adətən bu, onun az öncə kimsə tərəfindən istifadə olunmasına işarədir.
Şrift ölçüsü:

Maraqlı 12:15 – 8.1.2017

Əksəriyyətimiz üçün isti unitaz qapağı narahat bir haldır - adətən bu, onun az öncə kimsə tərəfindən istifadə olunmasına işarədir. Hələ bir də, tualet kağızı yerinə divar və pult gördükdə isə cəhənnəmə düşdüyümüzü fikirləşirik.

Lakin, pultun yuma və qurutma kimi düymələri var. Düyməni sıxırsınız və adını unitazı yaradanların qoyduğu kimi, "sehrli çubuq" aşağıdan sizə yaxınlaşır. Bu avtomatik manipulyator, sizə suyun surətini və hansı küncdən gəlməsini müəyyənləşdirmək imkanı verir. Bundan sonra isə, isti hava gəlir.

Siz ayağa qalxdıqdan sonra, unitazın qapağı avtomatik bağlanacaq, su axacaq və ardından ultrabənövşəyi təmizlənmə baş verəcək. Toto Actilite seriyasıdan olan Washlet "sehrli çubuqlu" unitazlarını 12500 ABŞ dolları dəyərində əldə etmək mümkündür. Yəqin ki, bu aqreqatın istehsalçısının bir yapon şirkəti olması, heç təəccüblü gəlməyəcək. Amma Toto, Londonda yerləşən ofisini 2009-cu ildə açıb və bundan sonra, Avropa bazarını təmin etməyə başlayıb. Buna baxmayaraq, çoxlu digər istehsalçılar da, rəqabətə hazırdırlar.

Yüksək texnologiya artıq, yalnız super zənginlər üçün nəzərdə tutulmur. Və düşünülür ki, zaman keçdikcə, o, dünya sanitariyasının səviyyəsinin yüksəlməsinə kömək edəcək. Bu avto-maşın yuma deyil ki, maşında oturub yaxşı yuyulmaya ümid edəsiniz. Amma, gəlin ağıllı unitazın necə işləməsinə nəzər salaq. Ola bilsin ki, "sehrli çubuğun" öz işlərini, bədəninizin intim hissələrinə yaxın görəcəyindən narahat ola bilərsiniz. Toto Europe istehsalçısının Avropa bölməsinin Britaniya işləri üzrə meneceri Floyd Keys bildirir ki, heç nədən narahat olmağa dəyməz: "Bu avto-maşın yuma deyil ki, maşında oturub yaxşı yuyulmaya ümid edəsiniz. Bizim unitazlara oturduqda, oturacağa quraşdırılmış sensor işə düşür."

"Oturacaq, rahat bir temperatura qalxacaq, dezodorator yaxşı iy bəxş edəcək. Əgər yuyunmaq istəsəniz, pult vasitəsilə iki variant seçə bilərsiniz - arxadan yuyulma (adı hər şeyi izah edir) və qabaqdan yuyulma (bu, bəzən qadın üçün də adlandırılır)."

Bundan əlavə, suyun təzyiqinə nəzarət edən hissə, avtomatik manipulyatoru işə salır və o, saniyədə 70 damcı sürətlə yuya bilir. "Manipulyatorun yerini, suyun axın sürətini və əlbəttə ki, suyun temperaturunu - pult vasitəsilə dəyişmək mümkündür," Keys deyir. Bundan sonra, isti hava axınını istifadə edən quruducunu işə salmaq olur."

Bütün bu proses, son dərəcə gigiyenikdir. Suyun çəkilməsi prosesində su, bakteriyaları öldürəcək şəkildə, həlledici duzlar yüngülcə turş tərkibə çevrilərək "elektrolizə olunur". Unitaz həm də, qapaq bağlanarkən işə düşən ultrabənövşəyi şüalarla təmin olunub. Ultrabənövşəyi şüalar, keramik unitazın daxili qapağı örtüldükdə, qalan bütün mikroorqanizmləri fotokatalitik örtüklə birlikdə məhv edir.

Hakerlər və unitazınız

Başqa bir yapon şirkəti Lixil, funksiya baxımında heç də geri qalmayan Satis G-Type məhsulunu təqdim edir. "Sehrli çubuq" əvəzinə Lixil öz yuma vasitəsini, "çiləyən" adlandırıb. Burada sehrli heç nə olmasa da, məhsul nisbətən ucuzdur - təxminən 5 min ABŞ dolları.

Bu unitaza smartfon telefonlardakı Bluetooth vasitəsilə qoşulmaq mümkündür. Bunun üçün telefonunuza My Satis əlavəsini yükləmək lazımdır - belə olduqda, yuyunmanın funksiyalarını idarə etmək olur (axının parametrləri, suyun temperaturu və qurutma üçün havanın təzyiqi). Əlavədə, istəsəniz "tualetə gündəlik baş çəkmək" funksiyasını aktivləşdirə bilərsiniz ki, bu sizin, sağlamlığınızı nəzarətdə saxlamaq məqsədi ilə yaradılıb. İstənilən "internetlə işləyən" qurğunun istifadəsindəki kimi, Lixil işçiləri də, sistemin uzaqdan sındırılması - kiminsə "çiləyənin" idarəsini ələ keçirməsi şansını nəzərə alıblar.

"Satis məhsullarına uzaqdan idarəni əldə etmək üçün bir neçə əməliyyatı yerinə yetirmək gərəkdir," Lixil Water Technology şirkətinin yeni modellər üzrə direktoru Martin Miztuani bildirib. "Belə ki, smartfondan daxil ola bilmək üçün ilk öncə, cihaz eyniləşdirilməsi prosesi gərəkdir. Yəni, telefon ilə unitaz arasında unikal əlaqə yaratmaq."



"Əlaqə yalnız, unitazın qapağının qalxması zamanı yaranır və My Satis əlavəsindən ancaq bir qurğu vasitəsilə istifadə etmək olur. Bunun sayəsində siz, ayaq yolundan istifadə edərkən, tualet sisteminizdən üçüncü bir şəxsin istifadəsini kənarlaşdırırsınız."

Toto və Lixil Yaponiyada çox məşhurdur. Lixil-in təqdim etdiyi məlumata əsasən, 80% yapon ailələri isti su yuma funksiyalı bu və ya digər unitazlardan istifadə edir. Lakin, xarici istehlakçıları bu ideyaya cəlb etmək bir o qədər də, asan deyil.
Bu yaxınlarda restoran tənqidçilərindən biri, yeməkdən daha çox, ayaqyolunda yuyunma sistemi haqqında yazı dərc etmişdi
"Əlbəttə ki, bir çoxunun ilk reaksiyası - gülmək olur," Keys deyir. "Biz avropalılar, yuma konsepsiyasına alışqan deyilik."
Toto, dünya üzrə bu unitazların 40 milyon satışını edib: bənzəri funksiyaya malik unitaz modellərinin ən ucuzu 1870 dollardır.
Varlı ailələrin evlərindən başqa, bunlardan otel və restoranlarda da istifadə olunur.
"Tualet otağı - mehmanxanaların dəbdəbəsinə görə əvvəlki kimi fəxr etdiyi az otaqlardan biridir," Keys söyləyir. "Yuyunma təəssüratı uzun müddət qalır. Bu yaxınlarda restoran tənqidçilərindən biri, yeməkdən daha çox, ayaqyolunda yuyunma sistemi haqqında yazı dərc etmişdi."
"Ağıllı" tualet otaqları, dəbdəbə kimi görünsə də, yüksək texnologiyalı santexnika, həqiqətən də vacibdir. Bu yeniliklər təkcə varlılara deyil, həm də dünya üzrə kasıblara xidmət edir.
Pulsuz ictimai ayaq yolları Gary Toilets, Hindistanın kasıb bölgələrində yerləşdirilib və enerji istehlakı, tullantıların idarə edilməsi və texniki qulluq baxımından əlverişlidir. Onlara sensor və tez tanıma radio-işarələyici (RFID) tətbiq olunub. Kabinlər, vandalizmə davamlı poladdan hazırlanıb.
Qapının açılması ilə işıqlandırma və havalandırma sistemi işə düşür. İçəridə iş bitdikdən sonra, unitaz və döşəmənin avtomatik təmizlənməsi sistemləri aktivləşir.

Yuma və sabun dispanserindən nə qədər çox işlənməni müəyyənləşdirmək üçün istifadəçilərin sayının siyahıyaalınması nəzərdə tutulub.
"Ağıllı" tualet texnologiyaları, gələcəyin sağlamlığı üçün vacib elementə çevrilə bilər.
Toilet Board Coalition (Tualet Heyəti Koalisiyası) - sanitar şəraitin yaxşılaşdırılması təşkilatı - bildirir ki, unitaz hətta, sizin həyatınızı xilas edə bilər: "Unitazlar yuyunma tazından, istifadəçilərin sağlamlığı və tibb işçilərinin əldə etdiyi məlumatları izləyən ağıllı tibbi qurğulara çevrilirlər."
Bu nə zaman baş verəcək? Keys-in sözlərinə əsasən, Toto artıq bu istiqamətdə işləyir. "Bizim şirkətimiz yapon xəstəxanalarına minlərlə unitaz yerləşdirib - yuma və qurulama funksiyasında əlavə, onlar həm də, xəstələrin sidiyini çəkir və analiz edir."
Onun sözlərinə görə, bu funksiya bir müddət sonra ev unitazlarına da tətbiq olunacaq və insanlar, telefon yükləməsi sayəsində məlumatları əldə edə biləcəklər.
Keys deyir ki, Toto kommersiya bazarına yeni həll təqdim etməyə tələsir: ilk öncə istehlakçıları hazırlamaq lazımdır./milli.az


3184 dəfə oxunub


Digər xəbərlər


Makiyaj qadınlara işdə uğur əldə etməyə kömək edir
20:08 – 19.1.2017

Makiyajın qadınlara işdə professional görünməklə yanaşı, həm də uğur əldə etməyə kömək etdiyi qənaətinə gəliblər.

Ərzaq məhsulları soyuducuda nə qədər saxlana bilər?
17:33 – 19.1.2017

Mütəxəssislər ərzaqların soyuducuda saxlanma qaydalarından danışıblar

DİQQƏTLİ OLUN: Smayliklər insanın daxili aləmindən xəbər verir
17:11 – 19.1.2017

Alimlər əvvəllər aparılan bəzi tədqiqatlara istinad ediblər.

Alimlər vərəmə qarşı ilk vaksinini ixtira ediblər
14:35 – 19.1.2017

Alimlər son yüz ilin vərəmə qarşı ilk vaksinini ixtira ediblər

Adi su insanı daha ağıllı edə bilər
14:17 – 19.1.2017

Kaliforniya Universitetində adi içməli suyun insana təsiri tədqiq edilib

23 ildir ayı ilə bir evdə yaşayırlar - FOTO
10:25 – 19.1.2017

Ailə Stefanı orta hesabla gündə 25 kiloqram balıq, göyərti və yumurta ilə bəsləyir

Plastilinlə oynayan uşaqların daha gözəl xətləri olur
9:07 – 19.1.2017

"Çünki bu halda uşaqda kiçik motorika yaxşı inkişaf edir"

Smayliklər insanın daxili aləmi barədə çox şey danışır
8:57 – 19.1.2017

Alimlər əvvəllər aparılan bəzi tədqiqatlara istinad ediblər

İstanbulda MÖCÜZƏ TUNEL: Dənizin dibi ilə piyada keçidi tikilir - FOTO
8:52 – 19.1.2017

Tikintinin 2019-cu ildə yekunlaşması nəzərdə tutulur

Bu evin 120 yaşı var - Ancaq içinə girəndə... - FOTO
17:45 – 18.1.2017

İlk baxışdan qədim, köhnə tikiliyə oxşayan bu evin içinə girəndə adamn ağzı açıq qalır.







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi