ABŞ-ın həftəlik xam neft ehtiyatları artıb

ABŞ-da həftəlik xam neft ehtiyatları 4,1 milyon barrel artıb.
Şrift ölçüsü:

İqtisadiyyat 12:30 – 12.1.2017

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Ölkədə xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə keçən həftə 4,1 milyon barrel (0,9 faiz) artaraq 483,1 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 1,2 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə xam neft ehtiyatları 7,1 milyon barrel azalmışdı.

ABŞ-da strateji neft ehtiyatları isə dəyişməyərək sözügedən həftədə də 695,1 milyon barrel olub. Bu dövrdə ölkənin xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 176 min barrel artımla 8,95 milyon barrelə yüksəlib.

Ölkənin xam neft idxalı sözügedən həftədə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 1,9 milyon barrel artaraq 9,05 milyon barrelə çatıb.

ABŞ-ın həftəlik benzin ehtiyatları hesabat həftəsində 5 milyon barrel (2,1 faiz) azalaraq 240,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,6 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 8,3 milyon barrel artmışdı./Azərtac


67 dəfə oxunub


Digər xəbərlər


Neft bahalaşdı
9:59 – 20.2.2017

Brent markalı neftin 1 barelinin dəyəri 0,05 dollar və ya 0,09% artaraq 55,86 dollar olub.

Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı
9:56 – 20.2.2017

Azərbaycanda dolların məzənnəsi stabil qalıb.

Dərmanların qiyməti ilə bağlı növbəti rəsmi açıqlama
10:11 – 19.2.2017

Bəzi saytlarda dərman vasitələrinin qiymətlərinin yeni qaydada tənzimlənəcəyi barədə həqiqətə uyğun olmayan yanlış məlumatlar yayılır.

SOCAR İranın Milli Neft Şirkəti ilə müştərək beynəlxalq şirkət yaradacaq
15:47 – 18.2.2017

İran qarşıdan gələn ik ayadək gündəlik neft hasilatını 4 milyon barelə çatdıracaq

Azərbaycan nefti ucuzlaşıb
12:11 – 18.2.2017

"AzeriLight" 56,71 dollardır

Keçən il 1,3 milyon tonadək benzin istehlak edilib
11:16 – 18.2.2017

Dizel yanacağı istehlakı isə 1 milyon 90,9 min ton olub

Birjalarda neftin qiyməti
11:10 – 18.2.2017

Neft bahalaşıb

Türkiyə ilə ticarətin milli valyutalarla aparılması müzakirə edilir - Nazir
10:32 – 18.2.2017

Nazir: “Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin azalması xarici proseslərə əsaslanır”

Neft bahalaşıb
10:04 – 18.2.2017

Hasilatın azaldılması nefti bahalaşdırır

Manatın yanvar üzrə orta məzənnəsi açıqlanıb - RƏSMİ
18:02 – 17.2.2017

Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,81 manata, 1 avroya - 1,93 manata, 100 rus rubluna - 3,01 manata bərabər olub







Xəbər Lenti
9:59 – 20.2.2017
Neft bahalaşdı
9:47 – 20.2.2017
Bu gün hava necə olacaq?

Ən çox oxunanlar


Müəllif güşəsi