Badam və zeytun bağları salınacaq

Valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda çox az istehsal edilir. Biz hətta özümüzü bu məhsulla təmin edə bilmirik.
Şrift ölçüsü:

İqtisadiyyat 11:44 – 12.1.2017

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bu barədə danışarkən deyib: “Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək”.

Dövlətimizin başçısı zeytunçuluğun inkişaf etdirilməsinin də vacibliyinə toxunub. “Əfsuslar olsun ki, biz özümüzü zeytunla təmin edə bilmirik. Yeni zeytun massivləri, plantasiyaları salınacaq və yığım tam təmin edilməlidir. Bəzi hallarda zeytun ya ağaclarda qalıb çürüyür, ya da yerə tökülüb zay olur. Burada da bütün işlər tənzimlənməlidir. Biz nəinki özümüzü tam təmin etməliyik, hətta böyük ixrac potensialımız da yaradılmalıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.


718 dəfə oxunub


Digər xəbərlər


Səhiyyə Nazirliyi təcili yardım maşınları üçün ehtiyat hissələri alır
12:32 – 22.1.2017

Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası açıq tender elan edir.

“Lisenziyalar və icazələr” portalı haqqında ƏSASNAMƏ
16:32 – 21.1.2017

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir

“Lisenziyalar və icazələr” portalı haqqında əsasnamə təsdiq edilib
16:04 – 21.1.2017

Prezident İlham Əliyev fərman imzalayıb

Vergi bəyannamələrinin təqdim etmə vaxtı artırılıb
13:02 – 21.1.2017

Vergilər Nazirliyi vergi ödəyicilərinə bəyannamə təqdim etmək üçün 3 gün əlavə vaxt verib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb
12:01 – 21.1.2017

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,28 dollar bahalaşaraq 56,07 dollar təşkil edib

Neft bahalaşıb
10:30 – 21.1.2017

Brent markalı neftin 1 barelinin dəyəri isə 1,33 dollar və ya 2,46% artaraq 55,49 dollar olub

Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
10:23 – 21.1.2017

Azərbaycanda Türkiyədən uşaq geyimlərinin idxalı öncəki ilin göstəricisi ilə müqayisədə 55,35 dəfə artıb

Azərbaycan və İran kart sistemlərinin inteqrasiyası məsələsini öyrənir
10:08 – 21.1.2017

"Bu məsələ hazırda xüsusi ekspert komissiyası tərəfindən tədqiq edilir"

Türkiyədə dollar bahalaşdı
19:16 – 19.1.2017

Türkiyə bazarında dollar yenidən bahalaşıb.

Dollar sabah bu qiymətə olacaq - RƏSMİ
17:16 – 19.1.2017

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi