Şərabçılıqla bağlı vəziyyət ciddi təhlil olunacaq - Prezident göstəriş verdi

"Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal edilir"
Şrift ölçüsü:

İqtisadiyyat 13:04 – 11.1.2017

Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal edilir. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir.

Xezerxeber.az məlumat verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur. İxrac isə çox azdır. Sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər: “Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə birbaşa danışıqlar aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar burada daha da fəal olmalıdırlar, onların marağındadır”.

Həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən şərabçılıqla bağlı vəziyyətin ciddi təhlil edilməli olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu, böyük gəlir gətirə biləcək bir sahədir”.

Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığıldığını xatırladan Prezident İlham Əliyev sonradan üzüm bağlarının bir hissəsinin qırıldığını bildirib. “Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.


423 dəfə oxunub


Digər xəbərlər


Türkiyədə dollar bahalaşdı
19:16 – 19.1.2017

Türkiyə bazarında dollar yenidən bahalaşıb.

Dollar sabah bu qiymətə olacaq - RƏSMİ
17:16 – 19.1.2017

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Bakıda 10 min manata kirayə ev var - Qiymətlər artıb
16:42 – 19.1.2017

Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb.

Bu il neftə tələbat artacaq - Beynəlxalq Enerji Agentliyi
16:18 – 19.1.2017

Beynəlxalq Enerji Agentliyi: Bu il neft tələbatı 97,8 milyon barrelə yüksələcək

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər
15:57 – 19.1.2017

Gürcüstan hökumətinin "Qazprom"la imzaladığı müqavilə birmənalı qarşılanmayıb

FES rəhbəri danışdı: Dollar dünya bazarını "silkələdi"
15:36 – 19.1.2017

Janet Yellenin faiz dərəcələrini daha tez-tez artırmağın vacibliyi barədə çıxışı bazarı silkələyib.

Üzən məzənnə rejiminə adapatasiya daha sakit gedir - RƏSMİ
15:13 – 19.1.2017

Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

"iPhone"lar kəskin bahalaşdı - yeni qiymətlər
13:30 – 19.1.2017

Türkiyədə dolların rekord həddə bahalaşması ilə əlaqədar olaraq "iPhone" telefonlarının qiyməti qalxıb.

Çindən kapital axını davam edir
13:00 – 19.1.2017

Kapital axını rekord səviyyəyə yaxın olub

Qətərdən Azərbaycana səfər edən turistlərin sayı 5.5 dəfə artıb
11:19 – 19.1.2017

Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu turist axınının daha da intensivləşdirilməsinə səbəb olub







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi