Maşın bazarında alqı-satqı əməliyyatları azalıb, qiymətlər artıb

Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Şrift ölçüsü:

İqtisadiyyat 12:48 – 11.1.2017

“Hazırda Azərbaycanda maşın bazarında vəziyyət qeyri-dinamikdir. Bazarda alqı-satqı əməliyyatlarının sayı kəskin şəkildə azalıb”.
 
Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
 
R.Osmanlı bildirib ki, əsas səbəblərdən biri bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların problemləri ilə bağlıdır:
 
“Faktiki olaraq onlar bazara çıxarmağa maşın tapmırlar. Əvvəllər Gürcüstan vasitəsilə Azərbaycana avtomobil idxalı böyük idi, amma indi avrostandartların tətbiqi, banklar tərəfindən kreditlərin verilməməsi və digər səbəblərdən Gürcüstandan avtomobil idxalı xeyli azalıb. İdxal azaldıqca, təklif də azalır. Bu da təbii ki, daha ucuz avtomobillərə tələbatı artırır və qiymət artımına səbəb olur”.
 
R.Osmanlının sözlərinə görə, Azərbaycana idxal edilən yeni avtomobillərin qiymətində dollar-manat münasibətlərindən irəli gələn artım baş verir: “Bu təbii ki, təkrar avtomobil bazarına da təsir göstərir və köhnə avtomobillərin qiyməti artır”.
 
Mərkəz direktoru qeyd edib ki, 2016-cı il ərzində yeni avtomobillərin qiymətində təqribən 15 faizə qədər artım baş verib: “Köhnə avtomobillərin qiymətində artım isə avtomobilin dəyərindən asılı olaraq təqribən 10-15 faiz arası dəyişir”.
 
Ekspert bildirib ki, bu il ərzində də avtomobillərin qiymətində artımın müşahidə ediləcəyi ehtimalı var: “Bu gün hələ də dolların qiymətində artım müşahidə edilir. Bu baxımdan idxal olunan yeni avtomobillərin qiyməti artacaq. Yeni avtomobillərin qiymətində müşahidə olunan artım köhnə avtomobillərin də qiymətinə təsir göstərəcək”. (Trend)

 


996 dəfə oxunub


Digər xəbərlər


Türkiyədə dollar bahalaşdı
19:16 – 19.1.2017

Türkiyə bazarında dollar yenidən bahalaşıb.

Dollar sabah bu qiymətə olacaq - RƏSMİ
17:16 – 19.1.2017

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Bakıda 10 min manata kirayə ev var - Qiymətlər artıb
16:42 – 19.1.2017

Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb.

Bu il neftə tələbat artacaq - Beynəlxalq Enerji Agentliyi
16:18 – 19.1.2017

Beynəlxalq Enerji Agentliyi: Bu il neft tələbatı 97,8 milyon barrelə yüksələcək

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər
15:57 – 19.1.2017

Gürcüstan hökumətinin "Qazprom"la imzaladığı müqavilə birmənalı qarşılanmayıb

FES rəhbəri danışdı: Dollar dünya bazarını "silkələdi"
15:36 – 19.1.2017

Janet Yellenin faiz dərəcələrini daha tez-tez artırmağın vacibliyi barədə çıxışı bazarı silkələyib.

Üzən məzənnə rejiminə adapatasiya daha sakit gedir - RƏSMİ
15:13 – 19.1.2017

Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

"iPhone"lar kəskin bahalaşdı - yeni qiymətlər
13:30 – 19.1.2017

Türkiyədə dolların rekord həddə bahalaşması ilə əlaqədar olaraq "iPhone" telefonlarının qiyməti qalxıb.

Çindən kapital axını davam edir
13:00 – 19.1.2017

Kapital axını rekord səviyyəyə yaxın olub

Qətərdən Azərbaycana səfər edən turistlərin sayı 5.5 dəfə artıb
11:19 – 19.1.2017

Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu turist axınının daha da intensivləşdirilməsinə səbəb olub







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi