Avtomobillərin ehtiyat hissələri yenidən bahalaşıb

"Çünki maşınların ehtiyat hissələrinin hamısı xaricdən ixrac olunur"
Şrift ölçüsü:

İqtisadiyyat 12:38 – 11.1.2017

Dolların bahalaşması digər sahələrdə oilduğu kimi maşınların ehiyat hissələrinin satışı bazarına da təsir edib. Qeyd edək ki, maşınların ehtiyat hissələri Azərbaycana xaricdən idxal olunur. Bu da qiymət artımı yaradan əsas səbəbdir. 
Ekspertlər deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlı olan məsələdir. Çünki Azərbaycan bütün xarici dövriyyəsini dollarla həyata keçirir.


Müşahidələrə görə, yeni il başlayandan sonra maşınların ehiyat hissələri yenidən bahalaşıb.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Modern.az-a açıqlama verib.

Ramil Osmanlı  deyib ki. Azərbaycanda hələ ki manatın ədalətli məzənnəsini tapmaması, sabit məzənnə siyasətinin reallaşmaması bütün istehlak bazarlarında qiymət artımına gətirib çıxarıb.


“O cümlədən də maşınların ehtiyat hissələrinin satışında. Çünki maşınların ehtiyat hissələrinin hamısı xaricdən ixrac olunur. Azərbaycanda dolların kursunun günü-gündən yuxarıya doğru dəyişməsi qeyri-təbii də olsa, bazarda infilyasiya norması yaradır. Bu da bazarlarda özünü göstərir. Əsasən də xaricdən idxal olunan məhsullarda. Nəzərə almalıyıq ki, Azərbaycan bütün xarici dövriyyəsini dollarla həyata keçirir. Ona görə də,  maşınların ehtiyat hissələrinin satışında olan qiymət artımı başa düşüləndir”.

Ekspert hesab etmir ki, sahibkarlar indiki ağır iqtisadi  şəraitdə maşınların ehtiyat hissələrinin qiymətini süni şəkildə qaldırsın.

“Çünki hazırda ən çox təlabat və rəqabət olan sahə maşınların ehtiyat hissələrinin satışıdır. Hər bir satıcı istəyər ki, gətirdiyi malları tez satılsın. Qiymətlərin artımı maşınların bütün detallarında hiss olunur. Maşınların ehtiyat hissələrinin qiymətinin artması bütün növ markalı maşınlarda hiss olunur. Çünki ümumi bazarda olan maşınların ehtiyat hissələrinin demək olar ki, 100 faizi xaricdən Azərbaycana idxal olunur”.


641 dəfə oxunub


Digər xəbərlər


Türkiyədə dollar bahalaşdı
19:16 – 19.1.2017

Türkiyə bazarında dollar yenidən bahalaşıb.

Dollar sabah bu qiymətə olacaq - RƏSMİ
17:16 – 19.1.2017

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Bakıda 10 min manata kirayə ev var - Qiymətlər artıb
16:42 – 19.1.2017

Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb.

Bu il neftə tələbat artacaq - Beynəlxalq Enerji Agentliyi
16:18 – 19.1.2017

Beynəlxalq Enerji Agentliyi: Bu il neft tələbatı 97,8 milyon barrelə yüksələcək

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər
15:57 – 19.1.2017

Gürcüstan hökumətinin "Qazprom"la imzaladığı müqavilə birmənalı qarşılanmayıb

FES rəhbəri danışdı: Dollar dünya bazarını "silkələdi"
15:36 – 19.1.2017

Janet Yellenin faiz dərəcələrini daha tez-tez artırmağın vacibliyi barədə çıxışı bazarı silkələyib.

Üzən məzənnə rejiminə adapatasiya daha sakit gedir - RƏSMİ
15:13 – 19.1.2017

Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

"iPhone"lar kəskin bahalaşdı - yeni qiymətlər
13:30 – 19.1.2017

Türkiyədə dolların rekord həddə bahalaşması ilə əlaqədar olaraq "iPhone" telefonlarının qiyməti qalxıb.

Çindən kapital axını davam edir
13:00 – 19.1.2017

Kapital axını rekord səviyyəyə yaxın olub

Qətərdən Azərbaycana səfər edən turistlərin sayı 5.5 dəfə artıb
11:19 – 19.1.2017

Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu turist axınının daha da intensivləşdirilməsinə səbəb olub







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi