Uduşlardan 10 faiz vergi tutulacaq

Lotereya və digər yarışlardan əldə olunan uduşlardan 10 faiz vergi tutulacaq
Şrift ölçüsü:

İqtisadiyyat 11:42 – 10.1.2017

Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyatdan keçmiş lotereyalardan və dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşlar vergiyə cəlb ediləcək.

Vergilər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, bu maddə Vergi Məcəlləsinə 2017-ci ildən qüvvəyə minmiş fiziki şəxslərin gəlir və hüquqi şəxslərin mənfəət vergisinə edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Eyni zamanda, keçirilən lotereya, digər yarışlar və müsabiqədən pul şəklində əldə olunan uduşun (mükafatın) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunması təsbit olunur.

Vergi ödəməni edən şəxs rezident hüquqi şəxs və fərdi sahibkar olduqda həmin şəxs tərəfindən, ödəməni edən daimi nümayəndəliyi olmayan qeyri-rezident olduqda isə uduş (mükafat) əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filial və ya poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC tərəfindən tutulmalıdır.

Ödəmə mənbəyində uduşları (mükafatları) ödəyən şəxs hesablanmış vergi məbləğini hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bəyan etməli və büdcəyə köçürməlidir.


1091 dəfə oxunub


Digər xəbərlər


Türkiyədə dollar bahalaşdı
19:16 – 19.1.2017

Türkiyə bazarında dollar yenidən bahalaşıb.

Dollar sabah bu qiymətə olacaq - RƏSMİ
17:16 – 19.1.2017

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 23-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Bakıda 10 min manata kirayə ev var - Qiymətlər artıb
16:42 – 19.1.2017

Yeni ilin ilk ayında Bakıda mənzillərin kirayə qiymətləri artıb.

Bu il neftə tələbat artacaq - Beynəlxalq Enerji Agentliyi
16:18 – 19.1.2017

Beynəlxalq Enerji Agentliyi: Bu il neft tələbatı 97,8 milyon barrelə yüksələcək

Azərbaycan Gürcüstana qaz ixracını artıra bilər
15:57 – 19.1.2017

Gürcüstan hökumətinin "Qazprom"la imzaladığı müqavilə birmənalı qarşılanmayıb

FES rəhbəri danışdı: Dollar dünya bazarını "silkələdi"
15:36 – 19.1.2017

Janet Yellenin faiz dərəcələrini daha tez-tez artırmağın vacibliyi barədə çıxışı bazarı silkələyib.

Üzən məzənnə rejiminə adapatasiya daha sakit gedir - RƏSMİ
15:13 – 19.1.2017

Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.

"iPhone"lar kəskin bahalaşdı - yeni qiymətlər
13:30 – 19.1.2017

Türkiyədə dolların rekord həddə bahalaşması ilə əlaqədar olaraq "iPhone" telefonlarının qiyməti qalxıb.

Çindən kapital axını davam edir
13:00 – 19.1.2017

Kapital axını rekord səviyyəyə yaxın olub

Qətərdən Azərbaycana səfər edən turistlərin sayı 5.5 dəfə artıb
11:19 – 19.1.2017

Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu turist axınının daha da intensivləşdirilməsinə səbəb olub







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi