Bu sırf futbolla bağlı qərardır

Canni İnfantino: İştirakçı sayının 48-ə artırılması sırf futbolla bağlı qərardır
Şrift ölçüsü:

İdman 15:51 – 11.1.2017

FIFA prezidenti Canni İnfantino qurumun İcraiyyə Şurasının qərarının ardından ictimaiyyətə açıqlama verib.

XəzərXəbər xəbər verir ki, BBC-yə müsahibəsində C.İnfantino futbol üzrə dünya çempionatının formatındakı dəyişikliyin maliyyə yox, idmanla əlaqədar olduğunu deyib.

Qərarın pulla bağlı olmadığını bildirən FIFA rəhbəri bunun sırf futbola xidmət göstərdiyini xatırladıb. Onun qənaətinə görə, ötən gün XXI əsrdə futbolu xarakterizə edən tarixi qərar verilib: “2026-cı ildən etibarən mundial iştirakçılarının sayının 32-dən 48-ə artırılması oyunların real keyfiyyətini də yüksəldə bilər. Bir sıra ölkələr dünya çempionatında şans əldə edəcəklər. Onlar nəticə etibari ilə elit komandalara qarşı bütün qüvvələrini səfərbər edə biləcəklər. Futbol dəyişərək daha qlobal idmana çevrilib. Hər kəs Avropa futbolunun uğuruna sevinir. Ancaq futbolun inkişafı təkcə bir qitədə deyil, Avropadan kənarda da genişləndirilməlidir. Klubların iradları təqvimlə və oyunçuların yüklənmələri ilə bağlı idi. Biz onların tələblərini yerinə yetirdik. Yenə eynilə 32 gün və maksimum 7 qarşılaşma oynanılacaq”.

Xatırladaq ki, dünya çempionatında komanda sayının artırılması barədə qərarı FIFA-nın İcraiyyə Şurası qəbul edib. Bu qərardan sonra ali futbol qurumunun əlavə 500 milyon avro qazanacağı gündəmə gəlib.


614 dəfə oxunub


Digər xəbərlər


Serxio Aquero “Mançester Siti”də qaldı
14:37 – 23.1.2017

“Mançester Siti” Serxio Aquero ilə müqavilə müddətini uzadıb

Ən çox kobudluq Neymara edilir
14:22 – 23.1.2017

"Barselona"nın futbolçusu Neymar La Liqada bu mövsüm ona qarşı edilən kobuqluq sayına görə liderlik edir.

Ueyn Runi yeni rekorda imza atdı
11:53 – 22.1.2017

Ueyn Runi komandanın heyətində vurduğu qolların sayına görə Bobbi Çarltonun 44 il əvvəlki rekordu yeniləyib.

Kollina FIFA-da yeni vəzifə alıb
12:00 – 21.1.2017

Pyerluici Kollina FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub

Ramil Şeydayev qərarını verdi
16:43 – 20.1.2017

Qara dəniz klubunun fanatları komandaya səviyyəli hücumçu tələb ediblər.

Kamran Ağayev "Boavişta"nın işini düyünə saldı
16:42 – 20.1.2017

"Boavişta" klubu Portuqaliya Premyer Liqasının 18-ci turunda "Aroka"nın qonağı olacaq.

Futbolçularımız meydana qara sarğı ilə çıxacaqlar
12:46 – 20.1.2017

9-cu yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşacaq.

Ronaldu Çinə gedir - 300 milyonluq TƏKLİF
12:28 – 20.1.2017

Ronaldu kareyrasını Çində davam etdirəcək

Çin klubundan Ardaya növbəti təklif
12:27 – 20.1.2017

Çin klubu Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib

Dünyanın ən çox gəlir əldə edən 30 klubu - SİYAHI
15:55 – 19.1.2017

“Mançester Yunayted” 2015/2016-cı il futbol mövsümündə dünyanın ən gəlirli klubu olub







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi