FIFA komandaların sayını artıracaq

FIFA dünya çempionatında iştirakçı komandaların sayını artıracaq
Şrift ölçüsü:

İdman 15:55 – 9.1.2017

Bu ilin martında FIFA futbol üzrə dünya çempionatının formatında dəyişikliyi təsdiqləməyə hazırlaşır.

Yeniliyə 2026-cı ildən start veriləcək. Dünya çempionatının 32 deyil, 48 milli komanda ilə keçirilməsi nəzərdə tutulur.

Mundialda hər birində 3 komanda olmaqla, 16 qrup formalaşdırılacaq. Hər qrupdan ən güclü ilk iki komanda “pley-off”a yüksələcək.

Əgər beynəlxalq futbol qurumu bu təşəbbüsü qəbul edərsə, onda hər bir qitə daha çox yığma ilə iştirak etmək imkanına sahib olacaq.

İlkin plana görə, Avropaya - 16, Afrikaya - 9.5 (10-cu vəsiqəni qazanmaq istəyən digər qitə təmsilçisi ilə görüş keçirməlidir), Asiyaya - 8.5, KONMEBOL-a – 6,5, KONKAKAF-a 6,5, Okeaniyaya isə bir yer verilib.

Hesablamaya görə, təklif olunan islahat dünya çempionatlarının maliyyə cəhətdən gəlirlərini də artıracaq.

Qeyd edək ki, FIFA komanda sayının 40-a çatdırılma təklifini rədd edib. İndiyədək dünya çempionatı bir neçə formatda təşkil olunub. 1930-cu ildə Uruqvayda keçirilmiş mundialda 13 iştirakçı olubsa, 1934-cü ildə İtaliyaya 16 komanda toplaşıb. 1938-ci il dünya çempionatında 15, 1950-ci ildə 13 komanda çıxış edib. 1954-cü ildən 1978-ci ilədək 16 komanda mübarizə aparıbsa, 1982-ci ildə iştirakçıların sayı 24-ə çatıb. 1998-ci ildən bu yana isə dünya çempionatlarında 32 ölkə təmsil olunur.


77 dəfə oxunub


Digər xəbərlər


Ueyn Runi yeni rekorda imza atdı
11:53 – 22.1.2017

Ueyn Runi komandanın heyətində vurduğu qolların sayına görə Bobbi Çarltonun 44 il əvvəlki rekordu yeniləyib.

Kollina FIFA-da yeni vəzifə alıb
12:00 – 21.1.2017

Pyerluici Kollina FIFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub

Ramil Şeydayev qərarını verdi
16:43 – 20.1.2017

Qara dəniz klubunun fanatları komandaya səviyyəli hücumçu tələb ediblər.

Kamran Ağayev "Boavişta"nın işini düyünə saldı
16:42 – 20.1.2017

"Boavişta" klubu Portuqaliya Premyer Liqasının 18-ci turunda "Aroka"nın qonağı olacaq.

Futbolçularımız meydana qara sarğı ilə çıxacaqlar
12:46 – 20.1.2017

9-cu yer uğrunda oyunda yığmamız Belarus komandası ilə qarşılaşacaq.

Ronaldu Çinə gedir - 300 milyonluq TƏKLİF
12:28 – 20.1.2017

Ronaldu kareyrasını Çində davam etdirəcək

Çin klubundan Ardaya növbəti təklif
12:27 – 20.1.2017

Çin klubu Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib

Dünyanın ən çox gəlir əldə edən 30 klubu - SİYAHI
15:55 – 19.1.2017

“Mançester Yunayted” 2015/2016-cı il futbol mövsümündə dünyanın ən gəlirli klubu olub

Ulduz futbolçunun maaşı: hər qola bir hamburger
15:49 – 19.1.2017

Yannik Bolasinin keçmişi bu günlərdə gündəmə gəlib.

Depay MY-dən gedir - tərəflər razılaşdı
15:44 – 19.1.2017

“Mançester Yunayted” və “Lion” Memfis Depayın keçidi haqda razılığa gəlib.







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi