Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evində onu bıçaq və silaha bənzər əşya ilə hədələyib oradan 450 manat pul, 2 ədəd mobil telefon və 3 noutbuk aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunanlar Nahid Eyvazov və Elman Sadıqov tutulublar.

N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.