Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, yanvarın 10-da saat 12 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib.