Qrant müqavilələri ilə bağlı qaydalar dəyişdi

Azərbaycan Respublikası Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişikliklər edilb.
Şrift ölçüsü:

Gündəm 15:45 – 12.1.2017

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişikliklər edilb.

XəzərXəbər-in məlumatına görə, “Qrant haqqında” qanuna əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.

Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na edilən dəyişikliyə əsasən xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin (qərarının) qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi “bir pəncərə prinsipi” üzrə Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na uyğun həyata keçiriləcək. Həmin Qaydaya əsasən xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir. Qrant vermək hüququnun əldə edilməsi üçün Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur.

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na görə indiyədək müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına – Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Dəyişikliyə əsasən bu müddət uzadılıb. Artıq müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 30 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Digər dəyişiklik Azərbaycanda dövlət büdcəsi hesabına verilən qrantlarla bağlıdır. İndiyə qədər dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana – Ədliyyə Nazirliyinə donor tərəfindən 3 gündən gec olmayaraq təqdim olunub. Artıq dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən 3 gündən deyil, 7 gündən gec olmayaraq təqdim olunacaq.

Növbəti dəyişiklik qrant müqaviləsinin hansı halda xidmət müqaviləsi kimi qeydə alınmasının mümkünlyü ilə bağlıdır. Başqa sözlə, qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər. Digər dəyişikliklər qrant müqaviləsinin (qərarının) Ədliyyə Nazirliyində qeydə alınması üçün tələb edilən sənədlərin sayının azaldılması ilə bağlıdır. Bundan sonra qrant müqaviləsinin qeydə alınması üçün müraciət etmiş qurumun qrantı qeydə alan orqanda dövlət qeydiyyatına alındığı hallar istisna olmaqla, donor (resipiyent) olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surəti, xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnu təsdiq edən sənədin surəti, qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilməsi barədə sənəd tələb olunmayacaq. Ancaq Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatı və xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən Maliyyə Nazirliyinə maliyyə hesabatlarının təqdim edilib-edilməməsinin yoxlanılmasını araşdırmalıdır. Eyni zamanda Ədliyyə Nazirliyi artıq bildirişin verilməsi üçün Azərbaycanın rezidenti olan donorun (resipiyentin) cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində Azərbaycan qanunlarına riayət etməməsi barədə məlumatların mövcudluğunu araşdırmayacaq.

Bundan sonra həm də xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair Maliyyə Nazirliyinin rəyinin alınması tələb olunduğu halda, qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy qeydiyyat orqanına daxil olduqdan sonrakı gün başlanılacaq. İndiyə qədər təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı – Ədliyyə Nazirliyi müqavilənin (qərarın) qeydə alınmasını dayandırıb və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edib. Dəyişikliyə əsasən 5 iş günü müddəti 10 iş günü müddəti ilə əvəz edilib.

Ədliyyə Nazirliyi tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından imtina hallarının da sayı artırılıb. Başqa sözlə, xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda və ya qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə qrant müqavilələri qeydə alınmayacaq. “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na edilən dəyişikliyə əsasən “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması barədə bildirişin forması” da ləğv edilib.


51 dəfə oxunub


Digər xəbərlər


Bu ölkə orqanların köçürülməsi üzrə rekord qırır
16:29 – 23.1.2017

Keçən il orqan köçürülməsinə dair 399 əməliyyat aparılıb

Polislərin xidmət müddəti artırıla bilər
16:25 – 23.1.2017

Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış kiçik rəis heyətinin xidmət müddəti 5 ilə qədər artırıla bilər

Milli Məclisdən şəhid əsgərimizlə bağlı bəyanat
16:11 – 23.1.2017

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Maaşlar artacaq - Ekspert açıqladı
15:55 – 23.1.2017

Minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına gətirəcək

Mikayıl Cabbarov "Qafqaz" Universiteti ilə bağlı əmr verdi
15:35 – 23.1.2017

Təhsil naziri tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi barədə əmr imzalayıb.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
15:26 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

Nazirlikdən dövlət universitetlərinin bağlanacağı barədə məlumatlara - Reaksiya
15:12 – 23.1.2017

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aqramunt yenidən AŞPA sədri seçildi
15:05 – 23.1.2017

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ikinci müddətə bu vəziyə seçilib.

Prezident hərbi şəhərciyin açılışında - Yeniləndi
14:59 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

“Bunların hamısını öz hesabımıza əldə etmişik” - İlham Əliyev
14:45 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi