Həmməruzəçilər Milli Məclisdə oldu

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisdə olublar
Şrift ölçüsü:

Gündəm 15:31 – 12.1.2017

Yanvarın 12-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Milli Məclisdə olublar.

XəzərXəbər xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə keçirilən görüşdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycan ilə bu qurum arasındakı münasibətlərin hər iki tərəf üçün vacib və əhəmiyyətli olduğunu deyib. O qeyd edib ki, Azərbaycanı APŞA-da təmsil edən nümayəndə heyəti əməkdaşlığı daha yüksək səviyyəyə çatdırmağa hazırdır.

S.Seyidov deyib ki, hazırda Avropa və dünya üçün mürəkkəb dövrdür. Qonşu ölkələrdə baş verən faciəvi hadisələr, terror aktları, Ermənistanın Azərbaycana qarşı təxribatları, ümumiyyətlə, regionda gedən proseslər bizi və Avropa Şurasını narahat edən məqamlardır. Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün həm öz sabitliyi, həm Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə regionda inkişafa mühüm töhfə verir.

Nümayəndə heyətinin rəhbəri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında da danışıb. O vurğulayıb ki, Avropa Şurasının və BMT-nin qərarlarına, tövsiyələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində başqa ölkələrdən olan insanları qeyri-qanuni məşkunlaşdırır.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak hər iki tərəfin səyləri nəticəsində münasibətlərdə mühüm addımların atıldığını bildirib.

X X X

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə də görüşüblər.

Komitə sədrinin müavini Rövşən Rzayev görüşdə qeyd edib ki, AŞPA ilə Azərbaycan parlamenti arasındakı əməkdaşlıq inkişaf edir və bu, hər iki tərəfin marağında olan məsələdir. O, Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, bu inkişaf yolunda AŞPA ilə əməkdaşlıq, onun təcrübələrini daha dərindən mənimsəmək bizim üçün vacibdir.

Görüşdə ötən il sentyabrın 26-da Azərbaycanda keçirilən ümumxalq səsverməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


32 dəfə oxunub


Digər xəbərlər


Bu ölkə orqanların köçürülməsi üzrə rekord qırır
16:29 – 23.1.2017

Keçən il orqan köçürülməsinə dair 399 əməliyyat aparılıb

Polislərin xidmət müddəti artırıla bilər
16:25 – 23.1.2017

Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış kiçik rəis heyətinin xidmət müddəti 5 ilə qədər artırıla bilər

Milli Məclisdən şəhid əsgərimizlə bağlı bəyanat
16:11 – 23.1.2017

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Maaşlar artacaq - Ekspert açıqladı
15:55 – 23.1.2017

Minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına gətirəcək

Mikayıl Cabbarov "Qafqaz" Universiteti ilə bağlı əmr verdi
15:35 – 23.1.2017

Təhsil naziri tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi barədə əmr imzalayıb.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
15:26 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

Nazirlikdən dövlət universitetlərinin bağlanacağı barədə məlumatlara - Reaksiya
15:12 – 23.1.2017

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aqramunt yenidən AŞPA sədri seçildi
15:05 – 23.1.2017

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ikinci müddətə bu vəziyə seçilib.

Prezident hərbi şəhərciyin açılışında - Yeniləndi
14:59 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

“Bunların hamısını öz hesabımıza əldə etmişik” - İlham Əliyev
14:45 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi