Yanvar ayının pensiyaları nə vaxt köçürüləcək? - Nazirlik açıqladı

“Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaqdır”.
Şrift ölçüsü:

Gündəm 15:09 – 12.1.2017

XəzərXəbər xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib. Onun sözlərinə görə, Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil:

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən dövrdə ölkəmizdə pensiyaların maliyyələşdirilməsi prosesi bütün aylarda heç bir gecikmə olmadan, normal qaydada həyata keçirilib. Vətəndaşlara hər ay vaxtlı-vaxtında, bir sıra hallarda vaxtından daha əvvəl pensiyaların ödənilməsi təmin edilib.

Cari ayda da pensiyaların maliyyə təminatında heç bir problem yoxdur. Yeni təqvim ilinin ilk ayı, həmçinin bu ayın ilk günlərinin bayramla əlaqədar qeyri-iş günləri olduğundan pensiyaların plastik kart hesablarına çatdırılması müvafiq əlavə texniki prosedurlar keçirilməsi ilə təmin olunur. Ona görə də bunun maliyyə çatışmamazlığı kimi qiymətləndirilməsi doğru deyil”.

“Bildiririk ki, yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müvafiq qrafik əsasında pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaqdır” – deyə nazirlik rəsmisi açıqlayıb./azvision.az


9284 dəfə oxunub


Digər xəbərlər


Prezident qətərli naziri qəbul etdi
10:20 – 20.2.2017

Azərbaycan Prezidenti İlham Əliyev Qətərin təhsil və ali təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Cəbhədə erməni təxribatı səngimir
9:53 – 20.2.2017

Atəşkəs 30 dəfə pozulub

Bu gün hava necə olacaq?
9:47 – 20.2.2017

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Prezident generalların Bakı görüşünü şərh etdi
9:41 – 20.2.2017

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib

"Rusiya, ABŞ və Fransa Ermənistana təzyiq göstərməlidir" - İlham Əliyev
9:37 – 20.2.2017

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib

Dollar həftənin ilk iş günü bu qiymətə olacaq
18:28 – 19.2.2017

Mərkəzi Bank bazar ertəsinə olan USD/AZN məzənnəsini açıqlayıb

"The Hill" Ermənistanın işğalçı siyasətindən yazdı
13:54 – 19.2.2017

ABŞ-ın “The Hill” qəzetində Ermənistanın işğalçı siyasətinə dair məqalə dərc olunub

Bu tip adamların beyni müəyyən xüsusiyyətlərə malikdir
13:04 – 19.2.2017

Tədqiqatda 4 yaşından 63 yaşınadək bu sindromdan əziyyət çəkən 1713 nəfər və əziyyət çəkməyən 1529 könüllü iştirak edib.

Həftənin ilk iş günü hava necə olacaq?
12:25 – 19.2.2017

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İşlə təmin olunmamış qaçqın və məcburi köçkünlərlə bağlı YENİ QƏRAR
11:51 – 19.2.2017

İşlə təmin olunmamış qaçqın və məcburi köçkün səhiyyə işçilərinin orta aylıq əmək haqqının saxlanıldığı dövr fasiləsiz əmək stajına daxil edilməyəcək.







Xəbər Lenti
9:59 – 20.2.2017
Neft bahalaşdı
9:47 – 20.2.2017
Bu gün hava necə olacaq?

Ən çox oxunanlar


Müəllif güşəsi