Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb

Avropa Şurasının baş katibi Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb
Şrift ölçüsü:

Gündəm 14:05 – 12.1.2017

Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb.

Bu barədə Avropa Şurasının baş katibi bu gün yaydığı bəyanatda bildirib.

"Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda birbaşa rol oynamasa da, bu məsələdə daim ATƏT-in Minsk qrupunun rolunu dəstəkləyir. Bununla belə, münaqişənin humanitar aspektləri bizi narahat etməkdədir. Mən bilirəm ki, ötən ilin 29 dekabr tarixində tərəflər arasında baş vermiş atəşkəs rejiminin pozulması insan tələfatına səbəb olub və eyni zamanda, erməni silahlı qüvvələrinin baş vermiş döyüşlər nəticəsində həlak olmuş azərbaycanlı əsgərin meyitini hələ də saxladıqlarından xəbərdaram. Mən tərəfləri qətiyyətlə atəşkəs rejiminə əməl etməyə çağırıram və məsələnin humanitar tərəflərini nəzərə alaraq, 2010-cu ildə yüksək səviyyədə keçirilmiş Həştərxan razılaşmalarına uyğun olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin meyitlərin gecikdirmədən, dərhal qaytarılmasına dair etdikləri çağırışları tam şəkildə dəstəkləyirəm”, T. Yaqlandın bəyanatında deyilir.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər. Yanvarın 9-da Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanı ötən ilin dekabrında Ermənistan-Azərbaycan sərhədində insident zamanı həlak olmuş azərbaycanlı hərbçinin meyitini dərhal vətəninə qaytarmağa çağırıb. (APA)


522 dəfə oxunub


Digər xəbərlər


Azərbaycanda məcburi eniş etmək istəyən təyyarələr üçün YENi QAYDA
16:31 – 23.1.2017

Azərbaycanda digər dövlətlərin təyyarələrinin uçuş təhlükəsizliyi yoxlanılacaq

Bu ölkə orqanların köçürülməsi üzrə rekord qırır
16:29 – 23.1.2017

Keçən il orqan köçürülməsinə dair 399 əməliyyat aparılıb

Polislərin xidmət müddəti artırıla bilər
16:25 – 23.1.2017

Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış kiçik rəis heyətinin xidmət müddəti 5 ilə qədər artırıla bilər

Milli Məclisdən şəhid əsgərimizlə bağlı bəyanat
16:11 – 23.1.2017

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Maaşlar artacaq - Ekspert açıqladı
15:55 – 23.1.2017

Minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına gətirəcək

Mikayıl Cabbarov "Qafqaz" Universiteti ilə bağlı əmr verdi
15:35 – 23.1.2017

Təhsil naziri tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi barədə əmr imzalayıb.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
15:26 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

Nazirlikdən dövlət universitetlərinin bağlanacağı barədə məlumatlara - Reaksiya
15:12 – 23.1.2017

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aqramunt yenidən AŞPA sədri seçildi
15:05 – 23.1.2017

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ikinci müddətə bu vəziyə seçilib.

Prezident hərbi şəhərciyin açılışında - Yeniləndi
14:59 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi