Jurnalistlərin diqqətinə: Akkreditasiya başlayır

Yanvarın 16-dan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media akkreditasiyası prosesinə start veriləcək.
Şrift ölçüsü:

Gündəm 12:41 – 12.1.2017

XəzərXəbər “Bakı-2017”nin saytına istinadla xəbər verir ki, Oyunları işıqlandırmaq üçün təxminən 650 jurnalist, fotoqraf və rəsmi yayım hüququ olmayan televiziya şirkətlərinin nümayəndələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulur. Media nümayəndələri üçün yaradılan şərait və təklif olunan xidmətlərin təfərrüatları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Media Bələdçisi kitabçasında qeyd olunacaq və mətbuat nümayəndələrinə paylanacaq.

Qeydiyyatla bağlı müraciətlər martın 31-dək qəbul ediləcək. “Bakı-2017”ni işıqlandırmaq istəyən media nümayəndələri bu tarixdən gec olmayaraq akkreditasiya üçün müraciət etməlidirlər. Martın 31-dən sonra edilən müraciətlər qəbul olunmayacaq. Beynəlxalq media nümayəndələrinin müraciəti təmin olunarsa və təsdiqlənərsə, onlara Azərbaycana daxil olmaları üçün viza rolunu oynayacaq müvəqqəti giriş kartı göndəriləcək. Media akkreditasiya kartları isə Akkreditasiya Mərkəzində paylanılacaq.

Oyunlardan əvvəl mayın 9-da və 11-də Atletlər Kəndinə iki media tur təşkil olunacaq. Media nümayəndələrinin Milli Olimpiya komitələrinin qonağı kimi dəvət edilməsi halları istisna olmaqla, onların Atletlər Kəndindəki yaşayış ərazisinə girişinə icazə verilməyəcək. Lakin iki media turdan birində yaşayış ərazisinə giriş üçün imkan yaradılacaq. Hər turda media nümayəndələrinin sayı 100-dən çox olmayacaq. Turda iştirak etmək üçün media nümayəndələri martın 31-dən sonra pressoperations@baku2017.com elektron ünvanından qeydiyyatdan keçməlidirlər.


528 dəfə oxunub


Digər xəbərlər


Bu ölkə orqanların köçürülməsi üzrə rekord qırır
16:29 – 23.1.2017

Keçən il orqan köçürülməsinə dair 399 əməliyyat aparılıb

Polislərin xidmət müddəti artırıla bilər
16:25 – 23.1.2017

Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış kiçik rəis heyətinin xidmət müddəti 5 ilə qədər artırıla bilər

Milli Məclisdən şəhid əsgərimizlə bağlı bəyanat
16:11 – 23.1.2017

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Maaşlar artacaq - Ekspert açıqladı
15:55 – 23.1.2017

Minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına gətirəcək

Mikayıl Cabbarov "Qafqaz" Universiteti ilə bağlı əmr verdi
15:35 – 23.1.2017

Təhsil naziri tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi barədə əmr imzalayıb.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
15:26 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

Nazirlikdən dövlət universitetlərinin bağlanacağı barədə məlumatlara - Reaksiya
15:12 – 23.1.2017

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aqramunt yenidən AŞPA sədri seçildi
15:05 – 23.1.2017

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ikinci müddətə bu vəziyə seçilib.

Prezident hərbi şəhərciyin açılışında - Yeniləndi
14:59 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

“Bunların hamısını öz hesabımıza əldə etmişik” - İlham Əliyev
14:45 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi