BQXK şəhidin nəşinin geri qaytarılmasına çalışır

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Şrift ölçüsü:

Gündəm 11:31 – 12.1.2017

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin qaytarılması ilə bağlı Ermənistan tərəfi ilə dialoqu davam etdirir.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hakimiyyət orqanları ilə danışıqları iki tərəfli və konfedensialdır.

İ. Hüseynova qeyd edib ki, Ermənistanda hadisə ilə bağlı istintaq gedir: “Buna baxmayaraq, meyit ailəyə mümkün qədər tez qaytarılmalıdır. Biz meyitin təhvil verilməsində neytral vasitəçi kimi yardımçı olmağa hazırıq”.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb.

Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib./azvision.az


400 dəfə oxunub


Digər xəbərlər


Bu ölkə orqanların köçürülməsi üzrə rekord qırır
16:29 – 23.1.2017

Keçən il orqan köçürülməsinə dair 399 əməliyyat aparılıb

Polislərin xidmət müddəti artırıla bilər
16:25 – 23.1.2017

Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış kiçik rəis heyətinin xidmət müddəti 5 ilə qədər artırıla bilər

Milli Məclisdən şəhid əsgərimizlə bağlı bəyanat
16:11 – 23.1.2017

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Maaşlar artacaq - Ekspert açıqladı
15:55 – 23.1.2017

Minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına gətirəcək

Mikayıl Cabbarov "Qafqaz" Universiteti ilə bağlı əmr verdi
15:35 – 23.1.2017

Təhsil naziri tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi barədə əmr imzalayıb.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
15:26 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

Nazirlikdən dövlət universitetlərinin bağlanacağı barədə məlumatlara - Reaksiya
15:12 – 23.1.2017

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aqramunt yenidən AŞPA sədri seçildi
15:05 – 23.1.2017

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ikinci müddətə bu vəziyə seçilib.

Prezident hərbi şəhərciyin açılışında - Yeniləndi
14:59 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

“Bunların hamısını öz hesabımıza əldə etmişik” - İlham Əliyev
14:45 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi