Ermənilər Kürü zəhərləyir

Ermənistandan axıdılan çirkab suları Kür çayında biogen maddələrin miqdarını artırıb
Şrift ölçüsü:

Gündəm 11:02 – 12.1.2017

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının birinci ongünlüyü üçün növbəti monitorinq keçirib.

Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Kür çayında su sərfi dekabr ayının üçüncü ongünlüyünə nisbətən saniyədə 33 kubmetr azalıb. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3,9, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini keçib.

Fenolların Araz çayı üzrə Horadizdə 2, Birinci Şahsevəndə 2,2, Bəhramtəpədə isə 3,1 dəfə yol verilən qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.


79 dəfə oxunub


Digər xəbərlər


Prezident qətərli naziri qəbul etdi
10:20 – 20.2.2017

Azərbaycan Prezidenti İlham Əliyev Qətərin təhsil və ali təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Cəbhədə erməni təxribatı səngimir
9:53 – 20.2.2017

Atəşkəs 30 dəfə pozulub

Bu gün hava necə olacaq?
9:47 – 20.2.2017

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Prezident generalların Bakı görüşünü şərh etdi
9:41 – 20.2.2017

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib

"Rusiya, ABŞ və Fransa Ermənistana təzyiq göstərməlidir" - İlham Əliyev
9:37 – 20.2.2017

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel-müzakirədə iştirak edib

Dollar həftənin ilk iş günü bu qiymətə olacaq
18:28 – 19.2.2017

Mərkəzi Bank bazar ertəsinə olan USD/AZN məzənnəsini açıqlayıb

"The Hill" Ermənistanın işğalçı siyasətindən yazdı
13:54 – 19.2.2017

ABŞ-ın “The Hill” qəzetində Ermənistanın işğalçı siyasətinə dair məqalə dərc olunub

Bu tip adamların beyni müəyyən xüsusiyyətlərə malikdir
13:04 – 19.2.2017

Tədqiqatda 4 yaşından 63 yaşınadək bu sindromdan əziyyət çəkən 1713 nəfər və əziyyət çəkməyən 1529 könüllü iştirak edib.

Həftənin ilk iş günü hava necə olacaq?
12:25 – 19.2.2017

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İşlə təmin olunmamış qaçqın və məcburi köçkünlərlə bağlı YENİ QƏRAR
11:51 – 19.2.2017

İşlə təmin olunmamış qaçqın və məcburi köçkün səhiyyə işçilərinin orta aylıq əmək haqqının saxlanıldığı dövr fasiləsiz əmək stajına daxil edilməyəcək.







Xəbər Lenti
9:59 – 20.2.2017
Neft bahalaşdı
9:47 – 20.2.2017
Bu gün hava necə olacaq?

Ən çox oxunanlar


Müəllif güşəsi