Dalğaların sahilə gətirdiyi uşaq cəsədi - dəhşətli taleyin üzü

Münaqişələrin hər biri dəhşətlidir, lakin ən dəhşətlisi həmin münaqişələr zamanı uşaqların, körpələrin ölməsidir
Şrift ölçüsü:

Gündəm 17:48 – 11.1.2017

Münaqişələrin hər biri dəhşətlidir, lakin ən dəhşətlisi həmin münaqişələr zamanı uşaqların, körpələrin ölməsidir.

 

Hazırda gördüyünüz fotoda belə münaqişələrin qurbanlarından biri yer alıb. Cəmi 16 aylıq olan oğlanın cəsədini dalğalar sahilə gətirib. O, anası və qardaşı ilə birgə Myanmadan (keçmiş Birma) qaçmaq istəyərkən qayığın çayda batması nəticəsində ölüb.

 

Körpə üzü üstə palçığa batmış şəkildə tapılıb. O, Naf çayında boğulub. Atası övladının ölümünü ailəsi xilas olmaq naminə Suriyanı tərk edərkən Türkiyə sahillərində həlak olan Aylan Kürdi adlı uşağın ölümü ilə müqayisə edib: o zaman da oğlanın cəsədini dalğalar sahilə gətirmişdi...

Banqladeşə çataraq xilas olmağa müvəffəq olmuş Məhəmmədin atası dünya ictimaiyyətinin diqqətini Myanmada baş verənlərə yönəltməyə yalvarır: orada müsəlman rohinca xalqı sıxışdırılır. 

Müsəlman rohincalar dünyada ən çox təqib edilən etnik qruplardan biridir. Ekspertlərin fikrincə, bu xalqa münasibətdə hökumət yalnız diskriminasiya siyasəti yürütmür, eyni zamanda tam aydın soyqırım siyasəti həyata keçirir: Myanmada rohincalar və buddistlər arasında gərginlik o həddədir ki, qan tökülməsi üçün istənilən bəhanə kifayətdir.

“Kəndimizə vertolyotlar, daha sonra əsgərlər hücum etdi. Onlar bizə atəş açdılar. Nənəm və babam çıxa bilmədikləri üçün orada qalıb yandılar. Kəndimiz tam yandırılıb, orada heç nə qalmayıb. Çay vasitəsilə Banqladeşə getmək istəyərkən kiçik Məhəmməd boğuldu...” - deyə uşağın atası söyləyir.

O, buddist əhalinin əksəriyyətinin müsəlmanları xoşlamadığını və onları yalnız rohinca olduqlarına görə öldürəcəklərini iddia edir.  10 minlərlə müsəlman xilas olmaq üçün qonşu ölkələrə qaçır: Onlar Myanmada hüquqa sahib deyillər, vətəndaşlıqdan məhrumdurlar, səhiyyə və təhsilə çıxışları yoxdur.

Myanma hökuməti bütün bunları inkar edərək ölkədə çoxlu sayda məscid olduğunu və onların heç bir məhdudiyyət olmadan fəaliyyət göstərdiklərini bildirir. Lakin istənilən halda rohincalar Myanmanı tərk edirlər...

Heç nədən asılı olamayaraq uşaq ölümünə bəraət qazandıracaq hal ola bilməz. Heç kəs yaşadığı ölkəni və ya üzvü olduğu ailəni özü seçməyib./interaz


839 dəfə oxunub


Digər xəbərlər


Azərbaycanda məcburi eniş etmək istəyən təyyarələr üçün YENi QAYDA
16:31 – 23.1.2017

Azərbaycanda digər dövlətlərin təyyarələrinin uçuş təhlükəsizliyi yoxlanılacaq

Bu ölkə orqanların köçürülməsi üzrə rekord qırır
16:29 – 23.1.2017

Keçən il orqan köçürülməsinə dair 399 əməliyyat aparılıb

Polislərin xidmət müddəti artırıla bilər
16:25 – 23.1.2017

Azərbaycanın daxili işlər orqanlarında pensiya yaşına çatmış kiçik rəis heyətinin xidmət müddəti 5 ilə qədər artırıla bilər

Milli Məclisdən şəhid əsgərimizlə bağlı bəyanat
16:11 – 23.1.2017

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Maaşlar artacaq - Ekspert açıqladı
15:55 – 23.1.2017

Minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına gətirəcək

Mikayıl Cabbarov "Qafqaz" Universiteti ilə bağlı əmr verdi
15:35 – 23.1.2017

Təhsil naziri tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi barədə əmr imzalayıb.

Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
15:26 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib

Nazirlikdən dövlət universitetlərinin bağlanacağı barədə məlumatlara - Reaksiya
15:12 – 23.1.2017

Təhsil Nazirliyi bəzi dövlət universitetlərinin bağlanacağı və birləşdiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Aqramunt yenidən AŞPA sədri seçildi
15:05 – 23.1.2017

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ikinci müddətə bu vəziyə seçilib.

Prezident hərbi şəhərciyin açılışında - Yeniləndi
14:59 – 23.1.2017

Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışında iştirak edib







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi