Culfada içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verildi

Prezident İlham Əliyev mərasimdə iştirak edib
Şrift ölçüsü:

Gündəm 13:45 – 11.1.2017

Yanvarın 11-də Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib.

Xezerxeber.az məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısına “Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, tikinti işlərinin icrasına 2012-ci ildə başlanılıb. Layihəyə əsasən Culfa şəhərində və Gülüstan kəndində su şəbəkəsi, Culfa şəhərində isə kanalizasiya şəbəkəsinin tikintisi aparılıb, ev birləşmələri aparılaraq sayğac quraşdırılıb.

Layihə çərçivəsində Əlincəçay yatağında 2088 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Qurğu gün ərzində 10 min 800 kubmetr və ya saniyədə 125 litr su təmizləmə gücünə malikdir.

Hər birinin tutumu 5000 kubmetr olan iki təmiz su anbarı tikilib.

Sutəmizləyici qurğuda istifadə olunan nasoslar İtaliya, mexaniki süzgəc və ozonlaşdırma qurğusu İsveç, kartric süzgəclər Türkiyə, membranlar isə Amerika istehsalıdır.

Su anbarlarından təmizlənmiş su öz axını ilə Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz olaraq verilir. Anbarlardan Culfa şəhərinə qədər çəkilmiş boru xətti daxil olmaqla layihə ərazisində diametri 400 millimetrdən 63 millimetrə qədər borularla 59,7 kilometr daxili su şəbəkəsi çəkilib, 3438 evə su verilərək sayğac quraşdırılıb. Su şəbəkəsi üzərində bir təzyiq azaldıcı, 23 yanğın hidrantı tikilib. Yerin relyefindən asılı olaraq mənzillərə 2 barla 5 bar arasında təzyiqlə su verilir.

Culfa şəhərində diametri 500 millimetrdən 200 millimetrə qədər borularla 34,5 kilometr daxili kanalizasiya şəbəkəsi çəkilib.

Bununla da Culfa şəhəri və Gülüstan kəndində 25 min 700 nəfər təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq 24 saat təmin edilib.

Prezident İlham Əliyev sutəmizləyici qurğuda istifadə edilən avadanlığa baxdı.

Sonra dövlətimizin başçısı Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.



723 dəfə oxunub


Digər xəbərlər


Vergilər Nazirliyi bəyannamə formalarına dəyişdi
19:12 – 19.1.2017

Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib

Azərbaycanda nəhəng park salınır - Sahəsi 100 min hektar
18:59 – 19.1.2017

Yeni ərazilərin yaradılması, bəzi ərazilərə qoruq, milli park statusu verilməsi istiqamətində işlər gedir.

Milli Məclisdə yeni işçi qrupu yaradılır
18:53 – 19.1.2017

Azərbaycan Milli Məclisində yeni işçi qrupu yaradılır.

Bağça açmaq, dərman gətirmək asanlaşacaq
18:30 – 19.1.2017

Azərbaycanda bəzi dövlət rüsumlarının məbləğində dəyişiklik edilir.

Azərbaycan prezidenti "The Silk Road Effect” adlı interaktiv iclasda iştirak edib
17:05 – 19.1.2017

Azərbaycan Prezidenti İlham Əliyev Davosda “The Silk Road Effect” adlı interaktiv iclasda iştirak edib

Cinayətlərə görə Nobel mükafatı: ikiüzlülük, yoxsa kinayə?
16:50 – 19.1.2017

20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində Ukrayna mətbuatında geniş material yayımlanıb

Bir milyonluq izləyicisi olan ailə: Banu və anasından yeni - FOTOLAR
16:32 – 19.1.2017

Azərbaycanda sosial şəbəkələrin balaca fenomeni Banu Muradovanın anası Nigar Muradova İnstagramda çox məşhurdurlar.

“Ermənistan bütün sivil qaydaları pozaraq təşkilatçıları aldadıb” - XİN
16:20 – 19.1.2017

“Əvvəlcədən “Fitur 2017” beynəlxalq turizm sərgisində iştirak edən ölkələrin siyahısında separatçı rejimin adı olmayıb.”

Qarabağ münaqişəsi zamanı itkin düşənlərin 62-si uşaqdır
16:01 – 19.1.2017

"Dövlət Komissiyasında qeydiyyata alınmış 3867 nəfərdən 62 nəfəri uşaqdır"

ÜST gələcəyin ən təhlükəli viruslarının adlarını açıqlayıb
15:44 – 19.1.2017

Ölümcül xəstəliklər siyahısında ilk üçlüyü MERS, Lassa qızdırması və Nipah virusları tutur







Xəbər Lenti
19:16 – 19.1.2017
Türkiyədə dollar bahalaşdı

Ən çox oxunanlar


Müəllif güşəsi