Qəzaya uğrayan “Tu-154” təyyarəsi ilə bağlı yeni xəbər

Təhqiqat “Tu-154” təyyarəsinin qəzasında terror aktı versiyasını istisna edib
Şrift ölçüsü:

Dünya 13:27 – 12.1.2017

Partlayış üzrə mütəxəssislər Soçi şəhəri yaxınlığında qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində terror aktı versiyasını istisna ediblər.

AZƏRTAC “Kommersant” qəzetinə istinadla xəbər verir ki, qəzadan sonra hərbi təhqiqatçılar laynerin korpusunun hissələrinin, sərnişinlərin cəsədlərinin və şəxsi əşyalarının, həmçinin təyyarənin daşıdığı yükün bir sıra ekspertizasını keçiriblər.

“Təyyarənin göyərtəsində kriminal partlayış və ya onun raketlə vurulması izləri aşkarlanmayıb – beləliklə, terror barədə versiyalar təhqiqat tərəfindən araşdırılıb və qəzanın mümkün səbəbləri siyahısından çıxarılıb. Bundan sonra mütəxəssislər diqqətlərini digər versiya – hərbi təyyarə ekipajının mümkün xətası üzərində cəmləyib”, – deyə nəşr qeyd edib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin Moskvadan Suriyaya uçan “Tu-154” təyyarəsi 2016-cı il dekabrın 25-də Soçi şəhəri yaxınlığında, Qara dəniz üzərində qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 92 nəfərin hamısı, o cümlədən Aleksandrov adına ansamblın 64 üzvü, Rusiyanın NTV, “Zvezda” və Birinci kanalının 9 jurnalisti, həmçinin “Ədalətli yardım” xeyriyyəçilik fondunun rəhbəri Yelizaveta Qlinka (Doktor Liza) həlak olub.


900 dəfə oxunub


Digər xəbərlər


Soros Trampa görə 1 milyard dollarını itirdi
16:20 – 23.1.2017

Dünya maliyyə kapitalı və ABŞ elitası bir-birinin boğazından yapışdı

Londonda yüzə yaxın aviareys təxirə salındı
15:59 – 23.1.2017

Londonda dumanlı hava şəraiti ilə əlaqədar yüzə yaxın təyyarə reysi təxirə salınıb

3 ölkə Suriya mövzusunda daha bir razılığa gəldi
15:48 – 23.1.2017

İran, Türkiyə və Rusiya Suriya mövzusunda daha bir razılığa gəldi

Daily Mail: Rusiya bir günə Britaniya ordusuna qalib gələr
15:32 – 23.1.2017

Riçard Berrons: NATO-nun belə müdafiə qabiliyyəti Rusiya ordusuna tab gətirmək gücündə deyil.

2020-ci ilə qədər neft təklifində çətinliklər olacaq
14:49 – 23.1.2017

Səudiyyə Ərəbistanı: 2020-ci ilə qədər neft təklifində çətinliklər olacaq

Astana: Suriya hökuməti və müxalifəti bir stol arxasında oturdu
14:41 – 23.1.2017

Danışıqların vasitəçilərin iştirakı olmadan keçiriləcəyi gözlənilir.

Qəribə XƏSTƏLİK: Ərinə allergiyası olan qadın - FOTOLAR
14:33 – 23.1.2017

29 yaşlı qadın nadir rast gəlinən xəstəlik üzündən həyat yoldaşından ayrı yaşamağa məcbur olub.

ABŞ müharibələrə 14 trln. dollar xərcləyib
14:22 – 23.1.2017

"Halbuki bu vəsait ABŞ-ın infrastrukturuna yatırıla bilərdi"

Saakaşvili Gürcüstana səfir kimi gələ bilər
14:01 – 23.1.2017

Saakaşvili prezidenti olduğu Gürcüstandakı islahatlarla bağlı böyük təcrübəyə sahibdir"

Brüsseldə etiraz aksiyası - bu dəfə süd istehsalçıları
13:57 – 23.1.2017

Hazırda Brüsseldə Aİ kənd təsərrüfatı nazirlərinin iclası keçirilir







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi