Uşağınızın yaddaşını belə yoxlayın - TEST

Bu gün uşaqlarda diqqətsizlik və yaddaşın zəifləməsi hallarına tez-tez rast gəlinir.
Şrift ölçüsü:

Cəmiyyət 16:31 – 12.1.2017

Həkimə müraciət edərkən, valideynlər uşaqlarında sonradan yaranmış yaddaş zəifləməsi, halsızlıq, yorğunluq kimi şikayətləri qeyd edirlər. Uşaq məktəb proqramının mənimsənilməsində çətinlik çəkir, bu isə valideynlərin narahatçılığına səbəb olur.
 
Gəlin uşağın yaddaş və diqqətinin sonradan hansı səbəblərdən pozula bilməsi hallarını araşdıraq.
 
İnsanda beynin normal fəaliyyəti, həmçinin yaddaşı üçün ilk öncə balanslanmış, yəni vitamin-mineral-zülal ilə zəngin qida çox vacibdır. Rasiona gündəlik qoz, yağlı balıq, alma, sitrus meyvələri, qaragilə, yumurta kimi ərzaqların daxil olması yaddaşın möhkəmlənməsinə müsbət təsir edir. Amma uşağın həzm sistemində problem olduqda, qəbul olunan qida normal mənimsənilmir, nəticədə beyin hüceyrələri aclıq hissi keçirir və yaddaşın zəifləməsi, diqqətsizlik əmələ gələ bilər.
 
Mədə-bağırsaq fəaliyyətinin pozulmasının səbəbləri:
 
- Həzm sisteminin xəstəlikləri (qastroduodenit, xora xəstəliyi, enterokolit, xolesistit və s.)
 
- Qurd invaziyası
 
- Lyamblioz
 
- Disbakterioz zamanı və sairə.
 
 
Yaddaşın pozulmasının digər səbəbləri:
 
- Kəllə-beyin travması
 
-  Xroniki stress, xroniki yorğunluq
 
- Hipovitaminoz
 
- Onurğa sütununun əyriliyi (skolioz, kifoz, lordoz) nəticəsində beyin qan dövranının pozulması və sairə.
 
Uşağın yaddaşını yoxlayıb qiymətləndirmək üçün bu xüsusi testdən istifadə edə bilərsiniz.
 
20 saniyə ərzində cədvələ baxın.
 
 
 
Sonra üzərini örtün və yaddaşda qalan rəqəmləri yazın.
 
Əgər 10 rəqəmi yaddaşda düzgün saxlamısınızsa, sizi təbrik etmək olar: siz maksimum resurslardan istifadə edirsiniz - yaddaşınız əladır! Çünki qısamüddətli yaddaşa ancaq 10 rəqəm yerləşir.
 
Normal yaddaşı olan insan 6-7 rəqəm yadda saxlamalıdır.
 
Daha az rəqəm - aşağı yaddaşdan xəbər verir.
 
Qeyd: test 10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub. (Lent.az)

1014 dəfə oxunub


Digər xəbərlər


Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB - Şüa terapiyası
17:59 – 22.1.2017

İrlandiya alimləri onkoloji xəstəliklərdə şüa terapiyasının səmərəliliyini artırmaq metodikasını işləyib hazırlayıblar.

Nişan üzüyü niyə 4-cü barmağa taxılır?
17:50 – 22.1.2017

Niyə həyat yoldaşını təmsil etmək üçün məhz 4-cü barmaq seçilir?

Evdə mənfi auranın olduğunu belə yoxlayın
13:19 – 22.1.2017

Hansı mühitdə oluruqsa olaq, olduğumuz yerdən bir enerji alır və ya həmin yerə enerji ötürürük.

Gözəl görünmək üçün hər gün bunları mütləq edin
13:07 – 22.1.2017

Hər bir xanım baxımlı görünmək üçün müxtəlif üsullara əl atır. Bəzən salona üz tutur, bəzənsə ev şəraitində nələrsə edir.

Dırnaqyemə vərdişini necə tərgitmək olar?
12:58 – 22.1.2017

Dırnaqları yemək həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilən pis vərdişlərdən biridir.

"Kişi xəstəliyi" sayılsa da, qadınların 1 nömrəli qatilidir
12:36 – 22.1.2017

Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidirlər.

Alimlər xolesterini necə azaltmağın yolunu tapıblar
12:04 – 22.1.2017

Bütün insanlar daima özlərini sağlam və gümrah hiss etmək istəyirlər.

Dövlət bağçaları özəlləşdirilməyəcək - Qiymətlər belə hesablanacaq
15:31 – 21.1.2017

"Özəl bağçalarda təhsil haqqının müəyyənləşməsi hər bir uşağa göstərilən xidmətə əsasən müəyyənləşəcək"

2016-cı ildə ən çox verilən adlar açıqlanıb - SİYAHI
15:08 – 21.1.2017

Körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir
10:48 – 21.1.2017

Hazırda davam edən imtahanın müddəti 3 saat 45 dəqiqə (fasilələrsiz) çəkəcək







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi