Bakıda yeni yol zolağı açıldı - Sıxlığı aradan qaldırmaq üçün

"Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək”
Şrift ölçüsü:

Cəmiyyət 12:59 – 12.1.2017

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti istiqamətində avtomobillərin hərəkəti üçün yeni zolaq yaradılıb.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, hazırda həmin dəyişikliklə əlaqədar "Beşmərtəbə" dairəsində xronometraj aparılır:

"Çox güman ki, bu özünü doğruldacaq. Bir neçə günlük xronometrajın nəticələrinə baxılacaq. Əgər bu, ərazidə sıxlığı aradan qaldırsa, həmin zolaq avtomobillərin daimi istifadəsinə veriləcək”.

Bölmə rəisinin sözlərinə görə, ərazidəki təhlükəsizlik zolağından Azərbaycan prospekti istiqamətində hərəkətdə olan avtomobillər üçün bir zolağın açılmasında məqsəd təhlükəsizliyi təmin etmək, sıxlığın qarşısını almaqdır.


823 dəfə oxunub


Digər xəbərlər


Qızlar bulağının qış mənzərəsi - FOTOSESSİYA
15:58 – 23.1.2017

Adına dastanlar yazılan, nəğmələr qoşulan Qızlar bulağı qədim Naxçıvan şəhərinin bəzəyidir.

Yüksək qan təzyiq nədir? - Həkim məsləhəti
13:54 – 23.1.2017

Xəstələrin illərlə arterial təzyiqi yüksək ola bilər, amma bundan xəbərləri olmaya bilər.

Qripin qarşısını almaq üçün yeni üsul
13:50 – 23.1.2017

Soyuq fəsillərdə insanlar daha tez-tez soyuqdəymə və qripp xəstəliklərinə yoluxur.

Azərbaycanda siqaret çəkənlərin 0,4 faizi...
11:40 – 23.1.2017

Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlərin göstəricisi 35,5 faizdir.

Sakinlərin nəzərinə: Bu ərazilərdə qaz olmayacaq
10:34 – 23.1.2017

Yasamal, Binəqədi və Nəsimi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycanda göz bankı yaradıla bilər
10:13 – 23.1.2017

Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.

Bu günün havası - Soyuq, buludlu və küləkli olacaq
9:48 – 23.1.2017

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB - Şüa terapiyası
17:59 – 22.1.2017

İrlandiya alimləri onkoloji xəstəliklərdə şüa terapiyasının səmərəliliyini artırmaq metodikasını işləyib hazırlayıblar.

Nişan üzüyü niyə 4-cü barmağa taxılır?
17:50 – 22.1.2017

Niyə həyat yoldaşını təmsil etmək üçün məhz 4-cü barmaq seçilir?

Evdə mənfi auranın olduğunu belə yoxlayın
13:19 – 22.1.2017

Hansı mühitdə oluruqsa olaq, olduğumuz yerdən bir enerji alır və ya həmin yerə enerji ötürürük.







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi