"Honkonq" virusu nədir?

Rita İsmayılova: “Hemaqqlyutinin” 3, “neyraminidaza” 2 birləşməsi virusun bu formasını əmələ gətirir.
Şrift ölçüsü:

Cəmiyyət 12:03 – 12.1.2017

Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova son günlər Azərbaycanda yayılan H3N2 virusu ilə bağlı açıqlama verib.

Şöbə müdiri  bildirib ki, qripin H3N2 adlandırılması “hemaqqlyutinin” (H), “neyraminidaza” sözləri ilə əlaqədardır. Onun sözlərinə görə, “hemaqqlyutinin” 3, “neyraminidaza” 2 birləşməsi virusun bu formasını əmələ gətirir.

“Bunlar virusun üzərində olan, onun antigen xüsusiyyətini təmin edən reseptoplardır. Ümumiyyətlə, dünyada qripin bu günə qədər 3 pandemiyası olub. Sonuncu 1968-69-cu illərdə pandemiya törədib və Honkonqda böyük ölümlərə səbəb olub. Ona görə bu növ qripə həm də “Honkonq” qripi deyirlər”.

R.İsmayılova bildirib ki, hal-hazırda Azərbaycanda bu qrip növü epidemik həddi keçməyib. “Qriplə bağlı 2 halın olması çox aşağıdır. H3N2 virusu daha yüngül xəstəlik törədir. Virusun fəsadları əmələ gələrsə, o zaman ağır pandemiya olur. Fəsadların yaranmasına səbəb isə xəstələrdir. Belə ki, onlar yataq rejimini gözləmirlər, immunitetləri aşağı olur və çoxlu maye qəbul etmirlər. Qripin kilinik əlamətlərinə gəlincə, burada 38 dərəcə və yüksək hərarət, titrəmə, baş, göz, əzələ ağrısı və ümumi halsızlıq olur”.

Tibb elmləri namizədi qeyd edib ki, müxtəlif illərdə Azərbaycanda bu qripə yoluxanlar olsa da, ölüm hadisəsi qeydə alınmayıb və bu mövsümü qripdir.

Qeyd edək ki, bu günə qədər Respublika Taun Əleyhinə Stansiyaya (RTƏS) kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün 268 nümunə daxil olub.

Bu nümunələrin müayinəsi nəticəsində 2 nəfərdə A qripinin H3N2 virusu, 5 nəfərdə paraqrip, 6 nəfərdə Adena virus, digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb./azvision.az


687 dəfə oxunub


Digər xəbərlər


30 yaşdan sonra evlənənlər - Diqqət!
16:43 – 19.2.2017

30 yaşdan sonra evlənənlərin ailə həyatına daha tez son qoyduqları ortaya çıxıb.

Ev şəraitində sabun hazırlamaq - Qaydası
15:38 – 19.2.2017

Marketlərdə növbənöv sabunlar satılır. Zeytunlu yaşıl, moruqlu qırmızı, limonlu sarı və s.

5 saatdan az yatanlar... - MÜTLƏQ OXUYUN!
13:33 – 19.2.2017

Həkimlər xroniki yuxusuzluğun fəsadlarından danışıblar.

Xərçəngi sağaldan MÖCÜZƏVİ BİTKİ
13:31 – 19.2.2017

Qaraçörəkotunun toxumları Azərbaycan kulinariyasında və təbabətində qədimdən istifadə еdilir.

Qızdırmanı salmaq üçün ƏN SADƏ ÜSULLAR
13:14 – 19.2.2017

Adətən uşağın hərarəti yüksələndə valideynlər qorxuya düşür və qızdırma salan dərmanlar verməyə tələsirlər.

Azərbaycanda oğlanların sayı artır
13:12 – 19.2.2017

2016-cı ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 159,5 min, təxminən gündə 436, saatda isə 18 doğulmuş körpə qeydə alınıb.

Turşuların orqanizm üçün 5 ZİYANI
12:59 – 19.2.2017

Müxtəlif turşular bizim mətbəximizin ayrılmaz bir hissəsidir, onları hamı xoşlayır.

500-dən çox onkoloji xəstəyə erkən diaqnoz qoyulub
15:17 – 18.2.2017

Prostat xərçəngi, neyroendokrin, kardioloji problemi olan xəstələrin müalicəsi yaxşılaşdırılıb və uyğun müalicə tədbirləri görülüb.

Bakıda bir marşrutun son dayanacağı dəyişdirildi - YENİ ÜNVAN
13:04 – 18.2.2017

Dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi deyil, metronun Neftçilər stansiyası ətrafı müəyyən edilib

Vaxtından əvvəl doğulan körpələr MÜTLƏQ BU MÜAYİNƏDƏN keçirilməlidir
19:43 – 17.2.2017

Bir sıra göz xəstəlikləri var ki, bunlar körpə uşaqlarda anadangəlmə və yaxud qazanılmış korluğa səbəb ola bilər.







Xəbər Lenti
9:59 – 20.2.2017
Neft bahalaşdı
9:47 – 20.2.2017
Bu gün hava necə olacaq?

Ən çox oxunanlar


Müəllif güşəsi