Azərbaycanda hər il 1700 körpə ölür

2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb
Şrift ölçüsü:

Cəmiyyət 17:03 – 11.1.2017

"Hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir".

Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri, baş neonatoloq Rüstəm Hüseynov APA-ya bildirib ki, son illər hər 1000 diri doğulan körpədə ölüm əmsalı 10 promille təşkil edir, yəni hər 1000 yenidoğulan uşaqdan 10-u ölür. R.Hüseynov vurğulayıb ki, 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb.

Onun sözlərinə görə, 2015-ci ildən Azərbaycanda diridoğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümlərinin sayı 0,8 faiz artıb. Baş neonatoloq əlavə edib ki, yeni meyarlara əsasən çəkisi 500 qr-1 kq olan az çəkili uşaqlar da diridoğulanların siyahısına daxil edilib: “Nəticədə 2015-ci ildə körpə ölümü faizi 0,8% artıb. Lakin bu artım yalnız həmin ildə müşahidə olunub və 2016-cı ildə azalmağa doğru gedib. Ötən il yeni meyarlara əsasən dünyaya gələn və sağ qalan uşaqların sayı 2 dəfə artıb. Əgər 2015-ci ildə yeni meyarlara əsasən doğulan 267 körpədən 96-sı sağ qalmışdısa, 2016-cı ilin 6 ayı ərzində 106-sı sağ qalıb”. 


420 dəfə oxunub


Digər xəbərlər


Qızlar bulağının qış mənzərəsi - FOTOSESSİYA
15:58 – 23.1.2017

Adına dastanlar yazılan, nəğmələr qoşulan Qızlar bulağı qədim Naxçıvan şəhərinin bəzəyidir.

Yüksək qan təzyiq nədir? - Həkim məsləhəti
13:54 – 23.1.2017

Xəstələrin illərlə arterial təzyiqi yüksək ola bilər, amma bundan xəbərləri olmaya bilər.

Qripin qarşısını almaq üçün yeni üsul
13:50 – 23.1.2017

Soyuq fəsillərdə insanlar daha tez-tez soyuqdəymə və qripp xəstəliklərinə yoluxur.

Azərbaycanda siqaret çəkənlərin 0,4 faizi...
11:40 – 23.1.2017

Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlərin göstəricisi 35,5 faizdir.

Sakinlərin nəzərinə: Bu ərazilərdə qaz olmayacaq
10:34 – 23.1.2017

Yasamal, Binəqədi və Nəsimi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycanda göz bankı yaradıla bilər
10:13 – 23.1.2017

Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.

Bu günün havası - Soyuq, buludlu və küləkli olacaq
9:48 – 23.1.2017

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB - Şüa terapiyası
17:59 – 22.1.2017

İrlandiya alimləri onkoloji xəstəliklərdə şüa terapiyasının səmərəliliyini artırmaq metodikasını işləyib hazırlayıblar.

Nişan üzüyü niyə 4-cü barmağa taxılır?
17:50 – 22.1.2017

Niyə həyat yoldaşını təmsil etmək üçün məhz 4-cü barmaq seçilir?

Evdə mənfi auranın olduğunu belə yoxlayın
13:19 – 22.1.2017

Hansı mühitdə oluruqsa olaq, olduğumuz yerdən bir enerji alır və ya həmin yerə enerji ötürürük.







Xəbər Lenti
15:18 – 23.1.2017
Yeni “iPad” satışa çıxır

Ən çox oxunanlar


Müəllif güşəsi