Bir ton at ətini mal əti adı ilə satmaq istəyən şəxs tutuldu - FOTO

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər
Şrift ölçüsü:

Cəmiyyət 16:36 – 11.1.2017

Daxili işlər orqanları tərəfindən əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Yevlax rayonunda külli miqdarda mənşəyi məlum olmayan ətin satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Rəmzi Həsənov 1 ton mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs Yevlax, eləcə də ətraf bölgələrdən əldə etdiyi xəstə və ölü atların ətini mal əti adı altında rayonlarda və Bakı şəhərində satmaq istəyib.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkarlanan at ətləri istifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.



2159 dəfə oxunub


Digər xəbərlər


Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB - Şüa terapiyası
17:59 – 22.1.2017

İrlandiya alimləri onkoloji xəstəliklərdə şüa terapiyasının səmərəliliyini artırmaq metodikasını işləyib hazırlayıblar.

Nişan üzüyü niyə 4-cü barmağa taxılır?
17:50 – 22.1.2017

Niyə həyat yoldaşını təmsil etmək üçün məhz 4-cü barmaq seçilir?

Evdə mənfi auranın olduğunu belə yoxlayın
13:19 – 22.1.2017

Hansı mühitdə oluruqsa olaq, olduğumuz yerdən bir enerji alır və ya həmin yerə enerji ötürürük.

Gözəl görünmək üçün hər gün bunları mütləq edin
13:07 – 22.1.2017

Hər bir xanım baxımlı görünmək üçün müxtəlif üsullara əl atır. Bəzən salona üz tutur, bəzənsə ev şəraitində nələrsə edir.

Dırnaqyemə vərdişini necə tərgitmək olar?
12:58 – 22.1.2017

Dırnaqları yemək həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilən pis vərdişlərdən biridir.

"Kişi xəstəliyi" sayılsa da, qadınların 1 nömrəli qatilidir
12:36 – 22.1.2017

Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidirlər.

Alimlər xolesterini necə azaltmağın yolunu tapıblar
12:04 – 22.1.2017

Bütün insanlar daima özlərini sağlam və gümrah hiss etmək istəyirlər.

Dövlət bağçaları özəlləşdirilməyəcək - Qiymətlər belə hesablanacaq
15:31 – 21.1.2017

"Özəl bağçalarda təhsil haqqının müəyyənləşməsi hər bir uşağa göstərilən xidmətə əsasən müəyyənləşəcək"

2016-cı ildə ən çox verilən adlar açıqlanıb - SİYAHI
15:08 – 21.1.2017

Körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir
10:48 – 21.1.2017

Hazırda davam edən imtahanın müddəti 3 saat 45 dəqiqə (fasilələrsiz) çəkəcək







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi