Kişilər, diqqət! Bu səhvləri edirsinizsə, xanımınız sizdən soyuya bilər

Qadınları kişilərdən soyudan 10 davranışı təqdim edirik.
Şrift ölçüsü:

Cəmiyyət 10:38 – 11.1.2017

Baxımsızlıq

Kişi çox içki içir və siqaret çəkirsə, ətrafa pis qoxu yayırsa, gigiyenik təmizliyə əvvəlki qədər önəm vermirsə, qadın bundan narahat olub ona toxunmaq və sekslə məşğul olmaq istəməz.

Çox qısqanclıq

Qadınlara qarşı çox qısqanclıq və çox sahiblənmək davranışı əvvəl-əvvəl yaxşı təsir yarada bilər. Ancaq bu davranışlar şiddətə dönüşübsə, qadında mənfi təsir oyadar.

Təzyiq göstərmək

Qadının da, kişinin də öz dünyası var. Əgər kişi təzyiq göstərərək öz dünyasını qadına qəbul etdirmək istəyərsə, sonda iki dünya toqquşar. Hər iki insanın dünyasının fərqli olduğunu qəbul etmək lazımdır. Əks halda qadın psixoloji olaraq kişidən soyumağa başlayar.

Diqqətsiz yanaşmaq

Sevgili olduğu zamanda kişi qadına qarşı daha diqqətcil, sevgi, qayğı dolu münasibət göstərsə də, ailə qurduqdan sonra zaman keçdikcə kişinin bu davranışlarının dəyişməsi qadını itirməyin qısa yoludur. Qarşılıqlı sevgi və qayğı həmişə canlı tutulmalıdır.

Eqoistlik

Həssas olan, həmişə diqqət istəyən tərəf qadındır əslində. Ancaq kişinin özünü diqqət mərkəzinə yerləşdirmək istəməsi sonda mənfiləri özü ilə bir gətirir.

Tələskən olmaq

Qadınlar cinsəllik başda olmaqla digər məsələlərdə də kişilərin tələskən olmasından narahat olurlar. Münasibət səbr və hörməti gərəkdirən dövrdür.

Uzun müddət sekslə məşğul olmamaq

Xeyli müddət cinsəllikdən uzaq durmaq cinsi istəkləri azaldır. Cinsi həyatı fantaziya, həyəcanla kasad olan cütlük zamanla bir-birindən uzaqlaşır. Qadın istəməsə belə, kişilər ona toxunub, erotik masaj etməlidirlər.

Qadının istəmədiyi davranışlarda təkid etmək

Qadının istəmədiyi davranışlarda təkid etmək onu qəzəbləndirır və qəzəbli qadın ərindən soyuya bilər.

Cinsi performans təkidi

Cinsəllik sevgi və hörmətlə birgə yaşanmalıdır. Cinsəllik sadəcə cinsi orqanların birləşməsi deyil. Tərəflər hər yaşda cinsəllik zamanı sevgi və güvən duyğularını paylaşmalıdır.

Qadının bədənini bəyənməmək

Qadınlar bədənlərinin necə göründüyünə çox əhəmiyyət verərlər. Buna görə sevdiyi insanın onun bədəni haqqında düşüncəsini çox önəmsəyirlər. Əgər kişi ona tərif deməsə, bəyəndiyini və arzuladığını qadına hiss etdirməsə, qadın özgüvənini itirər və kişidən soyuyar./lent.az


2388 dəfə oxunub


Digər xəbərlər


Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB - Şüa terapiyası
17:59 – 22.1.2017

İrlandiya alimləri onkoloji xəstəliklərdə şüa terapiyasının səmərəliliyini artırmaq metodikasını işləyib hazırlayıblar.

Nişan üzüyü niyə 4-cü barmağa taxılır?
17:50 – 22.1.2017

Niyə həyat yoldaşını təmsil etmək üçün məhz 4-cü barmaq seçilir?

Evdə mənfi auranın olduğunu belə yoxlayın
13:19 – 22.1.2017

Hansı mühitdə oluruqsa olaq, olduğumuz yerdən bir enerji alır və ya həmin yerə enerji ötürürük.

Gözəl görünmək üçün hər gün bunları mütləq edin
13:07 – 22.1.2017

Hər bir xanım baxımlı görünmək üçün müxtəlif üsullara əl atır. Bəzən salona üz tutur, bəzənsə ev şəraitində nələrsə edir.

Dırnaqyemə vərdişini necə tərgitmək olar?
12:58 – 22.1.2017

Dırnaqları yemək həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilən pis vərdişlərdən biridir.

"Kişi xəstəliyi" sayılsa da, qadınların 1 nömrəli qatilidir
12:36 – 22.1.2017

Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidirlər.

Alimlər xolesterini necə azaltmağın yolunu tapıblar
12:04 – 22.1.2017

Bütün insanlar daima özlərini sağlam və gümrah hiss etmək istəyirlər.

Dövlət bağçaları özəlləşdirilməyəcək - Qiymətlər belə hesablanacaq
15:31 – 21.1.2017

"Özəl bağçalarda təhsil haqqının müəyyənləşməsi hər bir uşağa göstərilən xidmətə əsasən müəyyənləşəcək"

2016-cı ildə ən çox verilən adlar açıqlanıb - SİYAHI
15:08 – 21.1.2017

Körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir
10:48 – 21.1.2017

Hazırda davam edən imtahanın müddəti 3 saat 45 dəqiqə (fasilələrsiz) çəkəcək







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi