Bu gün duman, çiskin olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Şrift ölçüsü:

Cəmiyyət 10:01 – 11.1.2017

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-10° isti, Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 12-13-də atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar və xəzri küləyinin bir-birini əvəz etməsi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman, çiskin, şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.


551 dəfə oxunub


Digər xəbərlər


Xərçənglə mübarizədə NÖVBƏTİ İNQİLAB - Şüa terapiyası
17:59 – 22.1.2017

İrlandiya alimləri onkoloji xəstəliklərdə şüa terapiyasının səmərəliliyini artırmaq metodikasını işləyib hazırlayıblar.

Nişan üzüyü niyə 4-cü barmağa taxılır?
17:50 – 22.1.2017

Niyə həyat yoldaşını təmsil etmək üçün məhz 4-cü barmaq seçilir?

Evdə mənfi auranın olduğunu belə yoxlayın
13:19 – 22.1.2017

Hansı mühitdə oluruqsa olaq, olduğumuz yerdən bir enerji alır və ya həmin yerə enerji ötürürük.

Gözəl görünmək üçün hər gün bunları mütləq edin
13:07 – 22.1.2017

Hər bir xanım baxımlı görünmək üçün müxtəlif üsullara əl atır. Bəzən salona üz tutur, bəzənsə ev şəraitində nələrsə edir.

Dırnaqyemə vərdişini necə tərgitmək olar?
12:58 – 22.1.2017

Dırnaqları yemək həm uşaqlarda, həm də böyüklərdə müşahidə edilən pis vərdişlərdən biridir.

"Kişi xəstəliyi" sayılsa da, qadınların 1 nömrəli qatilidir
12:36 – 22.1.2017

Qadınlar infarkt və ürək xəstəliklərinə daha meyillidirlər.

Alimlər xolesterini necə azaltmağın yolunu tapıblar
12:04 – 22.1.2017

Bütün insanlar daima özlərini sağlam və gümrah hiss etmək istəyirlər.

Dövlət bağçaları özəlləşdirilməyəcək - Qiymətlər belə hesablanacaq
15:31 – 21.1.2017

"Özəl bağçalarda təhsil haqqının müəyyənləşməsi hər bir uşağa göstərilən xidmətə əsasən müəyyənləşəcək"

2016-cı ildə ən çox verilən adlar açıqlanıb - SİYAHI
15:08 – 21.1.2017

Körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub

Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir
10:48 – 21.1.2017

Hazırda davam edən imtahanın müddəti 3 saat 45 dəqiqə (fasilələrsiz) çəkəcək







Xəbər Lenti
17:39 – 22.1.2017
Dinozavrlar qayıdır

Ən çox oxunanlar


Müəllif güşəsi