Xəzər Xəbər

Qarabağ topraqları hesabına ərzaq təhlükəsizliyimiz daha da güclənəcək VİDEO

Veb TV | 22:09 • 13 Yanvar 2021
Qarabağ topraqları hesabına ərzaq təhlükəsizliyimiz daha da güclənəcək

Ötən il kənd təsərrüfatı sektoru pandemiyadan ən az zərər görən sahələrdən olsa da, burada da proqnozlar özünü doğrultmadı. Bununla belə ölkə üzrə 2 fazilik artım qeydə alındı. Növbəti il isə bu rəqəmin daha artıq olacağı proqnozlaşdırılır. Çünki, artıq işğaldan azad edilən torpaqlarda da heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi üçün işlər aparılacaq.



Ölkəmizdə kənd təsərrüfatı sahəsində müsbət inkişaf dinamikası ötən il də davam edib və bu sahə üzrə ümumilikdə 2 faiz artım olub.


Aqrar Tədqiqatlar Mərkəzinin Direktoru Firdovsi Fikrətzadə xəzər xəbərə bildirib ki, Pandemiyanın təsiri kənd təsərrüfatı sahəsində də hiss olunub. Bununla belə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub. Fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə 3 min fermerə 7 min 260 kənd təsərrüfatı texnikasının, həmçinin 8 min 758 baş damazlıq heyvanın satışı maliyyələşdirilib. Keçən il 3 min 400-dən çox fermerə mikrokreditlər verilib.


2020-ci ildə 1 milyon hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulub. Firdovsi Fikrətzadə deyir ki, bu torpaqlarda həm heyvandarlığın, həm də əkinçiliyin müxtəlif sahələrinin inkişaf etdirilməsi üçün münbit şərait var.


Azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter alacaq ki, bu da ərzaq təhlükəsizliyi, həm də ixrac potensialı baxımından xüsusi əhəmiyyət kəsb edir.


Firdovsi Fikrətzadə deyir ki, ərazilər minalardan təmizləndikcə əkin yerləri müəyyənləşdiriləcək. Eyni zamanda regionda məskunlaşma başladıqdan sonra insanların torpaqla təminatının həyata keçirilməsi üçün torpaq islahatı da aparılacaq.


Xəbər lenti