Xəzər Xəbər

Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərləri görüşdülər VİDEO

Veb TV | 21:52 • 13 Yanvar 2021
Azərbaycan, Pakistan və Türkiyə XİN rəhbərləri görüşdülər

Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda keçirilən üçtərəfli görüşü başa çatıb. İclasdan sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyəninin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 11-də Moskvada keçirilən görüşünün təffərüatlarını yaxından izlədiklərini bildirib. Azərbaycanın xarici işlər naziri isə hər iki ölkənin şirkətlərini işğaldan azad edilmiş ərazilərə investisya yatırmağa dəvət edib.



"Həm Türkiyə, həm də Pakistanın Azərbaycanın haqlı mübarizəsində yanında olması bizim üçün çox önəmli idi, biz bundan qürur duyduq. Hər iki ölkədən olan şirkətləri işğaldan azad edilmiş torpaqlarımızın bərpasında iştirak etməyə dəvət edirəm". Bunu İslamabadda keçirilən Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin Üçtərəfli Görüşündə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib.



Nazir qeyd edib ki, Türkiyə və Pakistanın Qarabağ uğrunda vətən müharibəsində önəmli dəstəyi olub: "Bu dost ölkələr Ermənistanın işğalını, hücumlarını və müharibə cinayətlərini qınadılar, suverenliyimizə və ərazi bütövlüyümüzə əsaslanan müzakirəni dəstəklədilər və dövlətlərin sərhədlərinin tanınması məsələsini, ədalətin təsis olunmasını beynəlxalq aləmdə kifayət qədər yüksək səslə bəyan etdilər. Biz bu prinsipial mövqeyi son dərəcə yüksək qiymətləndiririk".




XİN başçısı onu da qeyd edib ki, Azərbaycan tarixi qələbəsini qeyd edərkən əllərdə qürurla Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayraqlarının da olması Azərbaycan xalqının hər iki ölkəyə təşəkkürü kimi dəyərləndirilməlidir. "Bu üç ölkə tarixi, coğarfiyası, dini, mədəniyyəti, adət-ənənələri baxımından çox yaxındır. Azərbaycan, Pakistan və Türkiyə dövlətləri suverenlik təməlində ədalətə inanır" deyə bildirən Ceyhun Bayramov hər üç ölkənin terrorizmi qınadığını, ayrı-seçkilik və islam düşmənçiliyini rədd etdiyini vurğulayıb: "Dialoq yolu ilə razılaşmalar əldə olunması cəhdlərimiz davam edir. Davamlı olaraq keçirilən məsləhətləşmələrimiz ölkələrimizin tərəfdaşlıq hazırlıqlarını da təmin edir. Hər üç ölkənin əməkdaşlıq sahələrinin son dərəcə geniş olduğunu bilirik. Ölkələrimiz keçmiş ticarət əməkdaşlıqlarımızı daha da genişləndirir. Bu əməkdaşlığın genişlənməsinin regionda və dünyada sabitliyə, rifaha və davamlı inkişafa müsbət faydası olacağına inanıram".




Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Azərbaycanın bölgədə barışı qoruyacağını və işğaldan azad etdiyi torpaqlara rifah gətirəcəyini bildirib. Qeyd edib ki, ölkəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar tarixində Moskvada keçirilmiş görüşünü yaxından izləyir.




Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi isə ölkəsinin hazırda dağlıq qarabağda hökm sürən atəşkəsi dəstəklədiyini bildirib. O, Cammu və Kəşmir məsələsində nümayiş etdirdikləri mövqeyə görə Türkiyə və Azərbaycana təşəkkür edib. XİN başçısı Kəşmirdə insan haqlarının pozulması barədə türkiyəli və azərbaycanlı həmkarlarını məlumatlandırdığını qeyd edib.




Xəbər lenti