Xəzər Xəbər

Mehdiabadda narkotik satıcısı tutulub VİDEO

Veb TV | 20:50 • 13 Yanvar 2021
Mehdiabadda narkotik satıcısı tutulub

Narkotik maddə əldə edərək onu satmaq istəyən şəxslər saxlanıb. Polis onların yaşadıqları evdən 10 kiloqramdan çox müxtəlif növ narkotik maddə aşkar edib.


Külli miqdarda narkotik maddə satmaq istəyən şəxslər saxlanıb.


Abşeron rayon Mehdiabad polis bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında Məhəmmədi kənd sakini Nəriman Rəhimovu saxlayıblar. Əməliyyatçılar onun yaşadığı evə baxış keçiriblər. Bu zaman oradan 6 kiloqrama yaxın heroin, 2,3 kiloqramdan artıq psixotrop maddə və 2,3 kiloqram qurudulmuş marixuana aşkar edilib.


Araşdırma zamanı müəyən olunub ki, Nəriman Rəhimov həmin narkotik vasitəni yaşadığı ünvana tanışı Ceyhun Mürsəliyevlə birlikdə gətirib. Saxlanan şəxslər bu çirkin əmələ başlayanda iz itirmək məqsədilə icarəyə avtomobil də götürüblər.


Faktla bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində cinayət məcəlləsinin "qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma" maddəsi ilə cinayət işi başlanıb.


Xəbər lenti