Xəzər Xəbər

Tərxis olunanların qəbulu davam edir VİDEO

Veb TV | 20:43 • 13 Yanvar 2021
Tərxis olunanların qəbulu davam edir

2 gün ərzində səfərbərlikdən tərxis edilmiş şəxslərin 532-dən çox müraciətinə baxılıb. Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib. O, qeyd edib ki, vətən müharibəsində iştirak etmiş bəzi şəxslər sosial şəbəkələrdə videomüraciətlər edirlər. Amma belə müraciətlər anonim olduğundan onların araşdırlıb həll olunmasında çətinliklər yaranır. Həmin şəxslərə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiyaya müraciət etmək tövsiyə edilib.


Artıq bir neçə gündür ki, Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbul etmək,onların müraciətlərini vaxtında və obyektiv araşdırmaq üçün yaradılmış komissiya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyətə başlayıb.


Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazovun sözlərinə görə, müraciətlər daha çox medallarla və hərbi biletlərdə müvafiq qeydiyyatların aparılması ilə bağlıdır.


Anar Eyvazov bildirib ki, Vətən müharibəsində iştirak etmiş bəzi şəxslər tərəfindən son zamanlar sosial şəbəkələrdə müxtəlif məsələlərlə bağlı videolar paylaşılır. Onun sözlərinə görə həmin videomüraciətlər anonim olduğundan onların araşdırılıb həll olunmasında çətinliklər yaranır. Anar Eyvazov vurğulayıb ki, bu cür videoların paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir.


Qeyd edək ki,yaradılan komissiya bazar günü istisna olmaqla saat 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir.


Xəbər lenti