Xəzər Xəbər

Laçınlı Milli Qəhrəman Kamil Nəsibovun ailəsi qələbə sevincini bölüşüb - VİDEO

Veb TV | 21:10 • 1 Dekabr 2020
Laçınlı Milli Qəhrəman Kamil Nəsibovun ailəsi qələbə sevincini bölüşüb -

Laçın rayonunun ən tanınmış döyüşçülərindən biri də Milli Qəhrəman Kamil Nəsibovdur.

Kamil Nəsibovun ailəsi Laçının işğaldan azad edilməsi sevincini "Xəzər Xəbər"lə paylaşıb.

Xatırladaq ki, Kamil Nəsibov 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olub. 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı zaman o, könüllülərdən ibarət özünümüdafiə bölüyü yaradıb. Özünün komandir olduğu 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəyli, Xanallar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərib. 1992-ci il iyunun 29-da isə Qonaqgörməz yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə ağır yaralanıb və şəhid olub.

Ailə üzvlərinin sözlərinə görə, Kamil Nəsibov döyüşə yollanarkən 46 yaşında olub. Evdə xəstə övladının olması da onu fikrindən yayındıra bilməyib. Bu il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində isə Kamil Nəsibovun timsalında bütün şəhidlərin və Milli Qəhrəmanların qisası alınıb.

Milli Qəhrəmanın nəvələri tezliklə Laçına getmək və dədə-baba torpaqlarını görmək həvəsindədirlər.

Kamil Nəsibov Ağcabədi rayonunda dəfn edilib. Sabah ailə üzvləri Laçının işğaldan azad edilməsi münasibətilə onun məzarını ziyarət edəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Atif

Xəbər lenti