Xəzər Xəbər

Azərbaycan Ordusu 44 günə tarix yazdı - VİDEO

Veb TV | 19:41 • 28 Noyabr 2020
Azərbaycan Ordusu 44 günə tarix yazdı -

Ən müasir silahların istifadə edildiyi, çətin coğrafi relyef şəraitində aparılan müharibədə qəhrəman hərbçilərimiz bütün varlıqları ilə döyüşə atıldı və Azərbaycan xalqının 30 illik həsrətinə 44 gündə son qoyuldu.

Xezerxeber.az-ın məlumatına görə, hərbi məsələlər üzrə ekspert Ruslan İmamquliyev bildirib ki, düşmən ən müasir avadanlıqlar hesabına müdafiə olunurdu.

Onun sözlərinə görə, düşmən hesab edirdi ki, onların müdafiə xətti heç vaxt yarıla bilməz.

Mütəxəssisin sözlərinə görə, bir çox beynəlxalq ekspertlər əks-hücum əməliyyatını icra edən Azərbaycanın itkilərinin çox olacağını düşünsə də, taktiki gedişlər və ən müasir avadanlıqlar sayəsində şəhdlərimiz, qazilərimizin sayı gözləniləndən qat-qat az oldu. Düşmənə isə sarsıdıcı zərbələr endirildi.

Amma bu müharibə də dağıdıcı gücə malik silahlardan istifadə edildiyindən bəzi hallarda şəhidlərimizin müəyyənləşdirilməsi də çox çətin olur. Dövlət itkinlərin tapılması, yaralıların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müvafiq işlər görür.

Azərbaycan xalqı və dövləti şəhidlərin xatirəsini hər zaman uca tutur və onlar daima bu millətin qəlbində yaşayır. Şəhid ailələri isə bu millət və dövlətə əmanətdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Atif


Xəbər lenti