Xəzər Xəbər

Milli Məclis Fransa məsələsi ilə bağlı bəyanat qəbul etdi VİDEO

Veb TV | 20:32 • 26 Noyabr 2020
Milli Məclis Fransa məsələsi ilə bağlı bəyanat qəbul etdi

Milli Məclis Azərbaycan hökumətini Fransanın həmsədrlikdən geri çağırılması üçün ATƏT-ə müraciət etməyə çağırıb. Fransa senatının qəbul etdiyi qətnaməyə etiraz olaraq Milli Məclisin bu gün keçirilən iclasında qəbul edilmiş bəyanatda bu barədə bildirilir. Millət vəkilləri senatın bu qərarını sərt şəkildə tənqid edib və onu həm beynəlxalaq hüquqa, həm də Fransanın mövqeyinə zidd olduğunu diqqətə çatdırıblar.



''Bölgədə razılaşdırılan reallıq Fransanın vəkilliyini etməyə çalışdığı ermənistan tərəfindən də qəbul edilib. Bu səbəbdən fransa yaranmiş vəziyyətlə barışmalı və haqlını müdafiə etməlidir''. Bunu milli məclisin sədri Sahibə Qafarova plenar iclasda Senatın Fransa hökumətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran məsləhət xarakterli qətnaməsinə münasibət bildirərkən deyib.


İclasda çıxış edən millət vəkilləri Fransanın beynəlxalq hüquqa və götürdüyü öhdəliklərə zidd olan mövqe nümayiş etdiriyini, Türkiyənin və Azərbaycanın güclənən birliyindən narahat olduqlarını vurğulayıblar.

 

Millət vəkilləri senatın qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul ediblər. Sənəddə Azərbaycan hökumətini fransanın həmsədrliyindən geri çağırılması üçün ATƏT-ə müraciət etmək və fransa ilə əlaqələrə yenidən baxmaq təklifləri yer alıb.


İclasda habelə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adının , yeni medal və ordenlərin təsis olunması haqqında qanunlar yekun oxunuşda qəbul edilib.



Xəbər lenti