Xəzər Xəbər

Qalib ölkənin qəhrəman qazisi VİDEO

Veb TV | 20:46 • 24 Noyabr 2020
Qalib ölkənin qəhrəman qazisi

Torpaqlarımızın azadlığı uğrunda döyüşərək yaralanan qazilərimizdən biri də, Saatlı rayon sakini Ramin Rəcəbovdur. O, düşmən tankını partlatdıqdan sonra bir neçə ermənini də qumbara ilə məhv edib.


Qızğın döyüş meydançası. Qəhrəmanımız düşmən səngərini qumbara atəşinə tutarkən, snayper tərəfindən qolundan vurularaq yaralanıb.


Saatlı Rayonu Fətəlikənd kənd sakini Ramin Rəcəbov vətən müharibəsi başlayandan ön cəbhəyə yollanıb. Ramin Fzuli istiqamətində gedən döyüşlərdə aktiv iştirak edərək düşmənin bir neçə canlı qüvvəsini eləcə də, tankını məhv edib. Sonuncu dəfə düşmən səngərinin bir neçə metrliyinə qədər yaxınlaşmağa nail olub.Əl qumbarasını ataraq bir neçə ermənini məhv edib.Daha sonra sürünərək irəli getmək istəyəndə snayper gülləsinə tuş gəlib.


Elə Qazimizin doğmaları da bu fikirdədir.Onlar üçün ən önəmlisi torpaqlarımızın işgaldan azad olunması idi,bu arzularına da çatdılar.


Bəli. bizim Rəcəbovlar ailəsi xoşbəxtdir, ona görə ki, artıq qalib ölkənin vətəndaşlarıdır..


Xəbər lenti