Xəzər Xəbər

Hamının axtardığı əsgər tapıldı VİDEO

Veb TV | 20:38 • 24 Noyabr 2020
Hamının axtardığı əsgər tapıldı

Tovuzda xeyli zamandır gözü yolda olan Tağıyevlər ailəsində əsil bayramdır. Könüllü olaraq cəbhəyə yollanan övladlarından xəbər ala bilmirdilər. Xoş xəbərlər ard arda gəldi- həm möhtəşəm qələbə, həm də igid döyüşçümüzün sədası! "XəzərXəbər”in çəkiliş qrupu ailəyə baş çəkib. Eşqinin yaxınlarına yaşatdığı intizar və sevinc hisslərini sizinlə bölüşmək ücün.


25 yaşlı Eşqin Tağıyev sentyabrın 29-da könüllü olaraq ordu sıralarına qatılıb. Sonuncu dəfə atası ilə Şuşa uğrunda döyüşlərə girərkən danışıb. Ondan sonra ailə Eşqindən xəbər ala bilməyib.


Eşqin ailədəki üç övladdan sonbeşikdir. Bizim vətənpərvər gəncin bir yaşında qız övladı da var. Cəbhəyə yollanmadan öncə xalasına zəng edərək balasını qardaşına, ailəsini də xalasına tapşırıb. Sonradan sosial şəbəkələrdə yayılan video ümidi üzülən ailədə toy-bayram ab-havası yaradıb.


Ailəsini bu qədər sevindirən Eşqin hazırda ordu sıralarında xidmətini şərəflə davam etdirir.


Xəbər lenti