Xəzər Xəbər

Düşmən yenə Göygölə mərmi atdı, yanğın başladı VİDEO

Veb TV | 21:01 • 30 Oktyabr 2020
Düşmən yenə Göygölə mərmi atdı, yanğın başladı

Düşmən dinc sakinlərlə yanaşı, ekologiyanı da hədəfə alır. Göygöl Milli Parkına qəsdən atılan mərmilər yanğınlara səbəb olur. Bu gün də ermənilərin atdıqları mərmi ərazini yandırıb. Parkda qırmızı kitaba düşən bitkilər də var.


Ermənistan silahlı qüvvələri növbəti dəfə Göygöl meşələrini atəşə tutub.


Düşmən Göygöl Milli Parkını hədəf almaqla Azərbaycanın nadir incilərindən olan füsunkar təbiəti məhv etməyə çalışır.


Əraziyə Fövqəladə hallar və ekologiya nazirliklərinin əməkdaşları cəlb edilib. Qırmızı kitaba düşən bitkilərin bir hissəsi də yanğın zamanı məhv olub.


Qeyd edək ki, artıq bir neçə dəfədir Ermənistan silahlı qüvvələri meşə sahələrində yanğınlar törədir.



Xəbər lenti