Xəzər Xəbər

Bərdədə yaralanan şəxslərin durumu necədir? VİDEO

Veb TV | 21:44 • 28 Oktyabr 2020
Bərdədə yaralanan şəxslərin durumu necədir?

Bərdədə partlayışdan sonra xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Onlar hər gün olduğu kimi öz işləri ilə məşğul idilər. İndi bədənlərində qəlpələr və xəsarətlərlə xəstəxanada yatırlar.

Düşmənin silahlı birləşmələri tərəfindən Bərdəyə qadağan olunmuş kaset bombalarının atılması nəticəsində yaralanan vətəndaşlarımız xəstəxanaya yerləşdiriliblər.

Onların bəziləri maşında gedərkən raketə tuş gəliblər. Kaset bombalarının ard-arda partlaması çoxunun xəsarət almasına səbəb olub.

Partlayış nəticəsində yaralananların 26 nəfəri ətraf rayonlarda olan bir xəstəxanaya yerləşdirilib. Onlardan 19- kişi,7-si qadındı. Həkimlərin sözlərinə görə, xəstəxanaya yerləşdirilən yaralıların əksəriyyətinin vəziyyəti ağırdır.

Yaralılar xəstəxanada ciddi həkim nəzarətindədirlər.



Xəbər lenti