Xəzər Xəbər

Ermənistan hərbçilərinin meyitlərini və mülki şəxslərini təhvil almır VİDEO

Veb TV | 22:36 • 27 Oktyabr 2020
Ermənistan hərbçilərinin meyitlərini və mülki şəxslərini təhvil almır

Hərbçilərimiz Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxsi əsir götürüb. Humanitar hüquq normalarına əsasən Azərbaycan tərərfi əsirlərin geri verilməsi ilə bağlı təklif edib. Görün Ermənistan nə günə düşüb ki, hərbçilərinin meyitlərinə və vətəndaşlarına sahib çıxmaq istəmir.


Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir. bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib.


O qeyd edib ki, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına, həmçinin Cenevrə Konvensiyasının tələblərinə sadiqliyini ifadə edərək Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunması haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb


Hazırda bizdə olan ermənilər, onlara yaxşı baxıldığını etiraf ediblər.


İndi ermənistan özlərinin yaşlı vətəndaşlarına belə sahib çıxmaq istəmir. Bu da qarşı tərəfinin beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik etməsi ilə yanaşı, həmçinin Ermənistanın öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndirilir .


Xəbər lenti