Xəzər Xəbər

Hikmət Hacıyev Bərdəyə raket hücumundan danışdı VİDEO

Veb TV | 22:24 • 27 Oktyabr 2020
Hikmət Hacıyev Bərdəyə raket hücumundan danışdı

Bərdə kasetli raket ilə vurulub və məqsəd də mülki əhali arasında itkinin çox olmasına hesablanıb". Bunu Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin Köməkçisi Hikmət Hacıyev deyib. Bununla yanaşı, Hikmət Hacıyev bildirib ki, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib. Burada da məqsəd Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq və itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir.

 

"Ermənistan və Azərbaycan arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Azərbaycana hücumlar, xüsusən mülki şəxslərin hədəfə alınması davam edir".bunu bu gün Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev deyib ki, yeni humanitar atəşkəs qüvvəyə minəndən 5 dəqiqə sonra Azərbaycanın yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.Bundan başqa bu gün də

Ermənistan ordusu tərəfindən Bərdəyə "Smerç" qurğusundan kasetli raketlər atılıb".

 

Prezidentin köməkçisi qeyd edib ki, bu gün Ermənistan Müdafiə naziri Azərbaycana ağır zərbə endiriləcəyini bildirmişdi: "Ancaq onlar hərbi qüvvələrə zərbə endirməkdə acizdirlər. Ona görə də mülki əhalini hədəf seçirlər. Bu gün Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə rayonlarına 50-yə qədər mərmi atılıb. İndiyə qədər 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb" deyə Hikmət Hacıyev bildirib.

 

Hikmət Hacıyev nəzərə çatdırıb ki, Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyi barədə Azərbaycan tərəfindən beynəlxalq humanitar təşkilatlara da müraciət edilib. Prezidentin köməçisinin sözlərinə görə,Azərbaycan birtərəfli qaydada Tovuz və Gürcüstan ərazisi vasitəsi ilə cəsədlərin Ermənistana verilməsinə hazır olduğunu bildirib: "Eyni zamanda ahıl yaşda olan 2 şəxsin də birtərəfli qaydada qaytarılmasına hazır olduğumuzu bəyan etmişik. Ancaq Ermənistan hələ cavab verməyib".

 

Hikmət Hacıyev həmçinin onu da qeyd edib ki,Ermənistan Zəngilan və Qubadlı istiqamətində Azərbaycan-Ermənistan sərhədinin olduğunu qəbul etməlidir.Bununla yanaşı,sərhədin əks istiqamətindən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlar həyata keçirilir və bu, Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, əks-həmlə tədbirləri həyata keçirsin: "Ermənistan Azərbaycanın sərhədlərinə hörmət etməlidir" deyə prezidentik köməkçisi vurğulayıb.Hikmət Hacıyev deyib ki,Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib.Bunun isə iki məqsədi var: "Birincisi Azərbaycan Silahlı Qüvvələrini yanıltmaq, ikinci məqsəd isə itkilər olduqda, onların guya Azərbaycan Silahlı Qüvvələri sırasında döyüşdüyünü iddia etməkdir.Prezidentin köməkçisi, xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinin diqqətinə çatdırıb ki,hazırda PKK və müxtəlif ölkələrdən olan etnik ermənilər Azərbaycana qarşı döyüşlərə qatılıb və onlar ön cəbhəyə göndərilir. Təəssüf ki, xarici ölkələrdən olan etnik ermənilərin müəyyən qismi Avropa İttifaqı və NATO ölkələrindən gəlir.

 

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi Anar Eyvazov isə bildirib ki,ordumuz düşmənin günboyu törətdiyi təxribatları ilə əlaqədar yalnız adekvat tədbirlər görür.

 

Anar Eyvazov qeyd edib ki, Ermənistan vəziyyəti gərginləşdirməyə hesablanmış təxribatçı hərəkətlərə son qoymalıdır. Ermənistan dərk etməlidir ki, bərpa edilən sərhədlər münaqişə zonası deyil, dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Azərbaycan öz ərazilərini təhdid edən istənilən legitim hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir" deyə Anar Eyvazov vurğulayıb.

Xəbər lenti