Xəzər Xəbər

Ermənistan azyaşlıları döyüşlərə cəlb etməklə hərbi cinayət törədir - VİDEO

Veb TV | 20:18 • 25 Oktyabr 2020
Ermənistan azyaşlıları döyüşlərə cəlb etməklə hərbi cinayət törədir -

Ermənistanın siyasi və hərbi rəhbərliyi azyaşlıları döyüşlərə cəlb etməklə həm də hərbi cinayət törədir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistan tərəfindən 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda istifadə edilməsi ilə bağlı UNICEF-in icraçı direktoruna, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədrinə, Beynəlxalq Uşaq Hüquqları Bürosunun prezidentinə, SOS Beynəlxalq Uşaq Kəndlərinin prezidentinə, Uşaq Müdafiə Fondunun icraçı direktoruna, Uşaqlar üçün Qlobal Fondun prezidentinə müraciət ünvanlayıblar.

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyir ki, Ermənistan orduya yeniyetmələri cəlb etməklə, hər cür təxribatlara əl atır.

Hüquq elmləri üzrə fəlsəfə doktoru Rahim Məmmədov da bildirir ki, Ermənistan rəhbərliyi 15 yaşına çatmayan şəxsləri hərbi əməliyyatlara cəlb etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozurlar. Ekspertin sözlərinə görə, hələ 1989-cu ildə Uşaq Hüquqları haqqında konvensiyada və 2000-ci ildə uşaqların silahlı münaqişələrdə iştirakını qadağan edən protokolda göstərilir ki, azyaşlıların orduya və ya döyüşlərə cəlb edilməsi hərbi cinayətdir.

Hərbi ekspert Ramil Məmmədlinin fikrincə, məktəb yaşlı uşaqların orduya cəlb edilməsi həm də Ermənistan silahlı qüvvələrində ciddi problemlərdən xəbər verir. Ermənistanın hərbi xidmətə yaşı çatan gəncləri Azərbaycan ərazisində həlak olmaq və ya əsir düşmək istəmədiklərindən onlar ordudan yayınırlar. Buna görə də düşmən tərəfi əlacsız qalıb azyaşlıları döyüşlərə cəlb edirlər.

Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti