Xəzər Xəbər

Bu şəhər və rayonlara giriş-çıxış bağlandı VİDEO

Veb TV | 21:58 • 24 Oktyabr 2020
Bu şəhər və rayonlara giriş-çıxış bağlandı

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərləri və Göygöl, Samux, Sabirabad, Quba rayonları ilə yanaşı, bu gündən Biləsuvar, Xaçmaz, Ismayıllı, Qax, Zaqatala, Ağstafa rayonlarında da giriş-çıxış məhdudlaşdırılıb, həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Hazırda həmin rayonlarda vəziyyə nə yerdədir?

Adı çəkilən şəhər və rayonlarda həftə sonu ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bütün rayon və şəhərlərdə olduğu kimi Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları Daxili İşlər Naziyliyinin hərbçiləri ilə birlikdə rayon ərazisindəki market və digər ticarət obyektlərindəŞ habelə əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.

Ağstafanın 9 qəsəbə və 29 kəndində də analoji profilaktik tədbirlər görülür.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara əsasən 24 oktyabr saat 00:00-dan etibarən Xaçmaz rayonuna da operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

İsmayıllı rayonunun da giriş-çıxışlarında postlar qurulub. Bundan əlavə, şəhər daxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində polis əməkdaşları tərəfindən reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır.

Zaqatala və Qax rayonlarına da giriş-çıxış bağlanıb və postlar qurulub. Rayonlara daxil olan vətandaşlar ciddi yoxlanılr. Burada qeydiyyatda olmayan şəxslərin rayonlara girişi qadağan edilib.

Həmçinin rayon mərkəzlərində və ictimai obyektlərdə aparılan reyd zamanı əhali ilə marifləndirici söhbərlər aparılıb.

Xəbər lenti