Xəzər Xəbər

Paşinyan növbəti dəfə Rusiyaya xəyanət etdi - VİDEO

Veb TV | 20:15 • 22 Oktyabr 2020
Paşinyan növbəti dəfə Rusiyaya xəyanət etdi -

Müharibədə acı məğlubiyyətə uğrayan Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Rusiyaya xəyanət edib.

Xezerxeber.az-ın məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşmək üçün Paşinyan tərəfindən Brüsselə göndərilən Ermənistan Prezidenti Armen Sarkisyan görüş zamanı Nikol Paşinyanın və onun idarə etdiyi rejimin xəyanətkar mövqeyini ortaya qoyub.

Armen Sarkisyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından gözlədiyi dəstəyi və yardımı ala bilmədiyindən gileylənib. Həmçinin müharibədən sonra Ermənistanın xarici siyasətdə NATO-ya yaxınlaşacağına vəd verməklə Azərbaycana qarşı döyüşmək üçün Alyansdan imdad istəyib. Bununla da Paşinyanın növbəti dəfə Rusiyaya xəyanətinin üstü açılıb.

Siyasi analitik Elxan Şahinoğlu deyir ki, müharibədə ağır məğlubiyyətə məruz qalan baş nazir üçün bu xəyanət gözlənilən idi. Çünki, əli hər yerdən üzülən Paşinyan çıxış yolunu yenidən qərbdə axtarmağa başlayıb.

Ancaq NATO-nun baş katibi Yens Stoltenber Paşinyanı məyus edib. Stoltenberq bildirib ki, təşkilat Dağlıq Qarabağ məsələsində tərəf nümayiş etdirmir və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

Elxan Şahinoğlu deyir ki, Armen Sarkisyan vasitəsilə ilə NATO-dan dəstək umması Sorosun bəslədiyi Ermənistan hakimiyyətinin Rusiyaya növbəti xəyanət nümunəsidir. Elə buna görə də Paşinyanı bu dəfə nə Rusiya, nə də son ümid kimi ətəyindən yapışdığı qərb xilas edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti