Xəzər Xəbər

Altı yaşlı Aynurdan nümunəvi addım - VİDEO

Veb TV | 19:35 • 22 Oktyabr 2020
Altı yaşlı Aynurdan nümunəvi addım -

Sabirabad sakini, 6 yaşlı Aynur Zeynallı anasını itirdiyinə görə aldığı müavinəti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.

O, bunu öz istəyi ilə edib.

Xezerxeber.az-ın məlumatına görə, Aynurun atası Həbib Zeynalov deyib ki, qızının bu addımına çox sevinib və onu dəstəkliyib.

Aynura analıq edən bibisi Səkinə xanımın sözlərinə görə, balaca qızcığaz vətənpərvər ruhda böyüyür. Bu addımına görə hər kəs onunla fəxr edir.

Balaca Aynur həmçinin atasına bildirib ki, bundan sonra alacağı 233 manatlıq müavinəti də şəhid ailələrinə verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti