Xəzər Xəbər

Bakıda sərnişin avtobusları gecikir - VİDEO

Veb TV | 20:18 • 20 Oktyabr 2020
Bakıda sərnişin avtobusları gecikir -

Bakıda avtobuslar gecikir, sərnişinlər isə saatlarla dayanacaqda gözləməli olurlar.

Sərnişinlərin sözlərinə görə, bu hal iki gündür, demək olar ki, şəhərin bütün küçə və prospektlərində yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, pik saatlarda, xüsusilə 28 May metrostansiyasından "Koroğlu"ya qədər olan bütün dayanacaqlar , o cümlədən Əhmədli-Qara Qarayev-Ziya Bünyadov-20 Yanvar dairəsi və əks istiqamətlərdə daha çox sərnişin sıxlığı müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib ki, problemə səbəb yollarda yaşanan tıxacdır.

Onun sözlərinə görə, dünəndən etibarən müşahidə olunan sıxlığın qarşısını almaq üçün həm müntəzəm, həm də ekspress xətlərə əlavə avtobuslar cəlb olunub.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi hazırda 153 müntəzəm, 10 ekspress olmaqla, ümumilikdə 163 marşrut xətti üzrə sərnişindaşımalar həyata keçirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti