Xəzər Xəbər

İşğaldan azad edilmiş iki kəndə gedən yolların bərpasına başlanır - VİDEO

Veb TV | 19:31 • 20 Oktyabr 2020
İşğaldan azad edilmiş iki kəndə gedən yolların bərpasına başlanır -

İşğaldan azad edilmiş yaşayış məntəqələrinə aparan yollar bərpa ediləcək.

Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən köhnə avtomobil yollarının bərpasına başlanır.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə başlanıb.

Növbəti mərhələdə isə işğaldan azad edilən digər yaşayış məntəqlərinin yolları bərpa ediləcək.

Talış və Suqovuşan kəndlərinə gedən yolun ən qısa zamanda tam olaraq istifadəyə verilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




Xəbər lenti