Xəzər Xəbər

Düşmənlə informasiya müharibəsi necə aparılmalıdr? - VİDEO

Veb TV | 19:21 • 20 Oktyabr 2020
Düşmənlə informasiya müharibəsi necə aparılmalıdr? -

Döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də məğlubiyyətə düçar olan ermənilər öz çirkin əməllərini sosial şəbəkələrdə həyata keçirməyə çalışırlar.

Xezerxeber.az-ın məlumatına görə, son günlər Azərbaycan Ordusunun apardığı uğurlu əks- hücum əməliyyatları və Qarabağ həqiqətləri barədə sosial şəbəkələrdə fəal paylaşımlar edən bəzi sosial şəbəkə istifadəçiləri informasiya cəbhəsində də düşmənin təxribatlarına məruz qalırlar.

Media Təhlil Mərkəzinin təhlil departamentinin direktoru Elvin Şirinov deyib ki, ermənilər fəal istifadəçiləri şikayət edirlər. Nəticədə "Facebook" alqoritmləri çoxsaylı müraciətlər əsasında həmin hesabı bloklayır.

Elvin Şirinov bildirib ki, bəzi istifadəçilər durğu işarələri vasitəsilə blokdan çıxmağın mümkünlüyünü düşünsə də, bu hal yalnız həmin profilin aktivliyinin artmasına təsir gösətərir. Ancaq düşmənin bu çirkin niyyətindən də qorunmağın yolları var. Vətəndaşlar qarşılıqlı dəstək göstərməklə həmin bloka düşmüş hesabları bərpa edə bilərlər.

Elvin Şirinovun sözlərinə görə, düşmənlə informasiya mübarizəsi apararkən bir sıra məqamlara diqqət etmək lazımdır. Xüsusilə qeyri-etik ifadələrə, irqçiliyə və zorakılığın təbliğinə yol vermək olmaz. Çünki sosial şəbəkələr belə hallara qarşı fəal mübarizə aparırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti