Xəzər Xəbər

Ermənilər saxta çağırışlara əl atır - VİDEO

Veb TV | 19:25 • 20 Oktyabr 2020
Ermənilər saxta çağırışlara əl atır  -

Azərbaycan Ordusunun qüdrəti qarşısında aciz qalan düşmən bu dəfə də saxta çağırışlara əl atır. Ermənilər vətəndaşlarımıza mesaj, zəng vasitəsilə xarici nömrələrdən təxribat xarakterli çağırışlar edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistan tərəfi təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Bu dəfə də saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib ki, vətəndaşlar saxta çağırışlarla bağlı ekran görüntülərini sübut kimi saxlasınlar.

Həmin görüntülərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə göndərmələri xahiş olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti