Xəzər Xəbər

Ermənistan döyüşdə 4-5 milyard dollarlıq hərbi texnika itirib - VİDEO

Veb TV | 21:54 • 17 Oktyabr 2020
Ermənistan döyüşdə 4-5 milyard dollarlıq hərbi texnika itirib -

İyirmi bir gündə düşmən ordusunun döyüş meydanında xeyli sayda hərbi texnikası sıradan çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, Prezident İlham Əliyev son günlər ərzində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş Ermənistan texnikasının bir hissəsini açıqlayıb.

Dövlət başçısı xalqa müraciətində bildirib ki, sentyabrın 27-dən bu günədək Ermənistanın 234 tankı məhv edilib, 36 tank hərbi qənimət kimi götürülüb. Bundan başqa, düşmənin 49 piyada döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb, 16 ədəd özüyeriyən artilleriya qurğusu məhv edilib, 190 ədəd müxtəlif çaplı toplar, 2 ədəd "Uraqan" sistemi, 1 ədəd TOS odsaçan, 3 TOR zenit-raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Hərbi ekspert Rəşad Süleymanov deyib ki, bu döyüşlərdə Ermənistanın 3 tank briqadası dağıdılıb və bu da ordu üçün ciddi itki hesab edilir.

Hərbi ekspert bildirib ki, ordumuz düşmənə məxsus uzunmənzilli 2 ədəd S-300 zenit-raket kompleksini kamikadze dronla vurmaqla dünya tarixində bir ilkə imza atıb. Ermənistan ordusuna məxsus 2 ədəd "Elbrus" əməliyyat-taktiki raket kompleksi, 1 ədəd Toçka-U, 35 ədəd OSA zenit-raket kompleksi, 5 KUB və Kruq zenit- raket kompleksi, 9 ədəd radioelektron mübarizə sistemləri, 198 ədəd yük avtomobili məhv edilib, 98-i qənimət kimi götürülüb.

Hərbi ekspert düşmənin məhv edilən və qənimət kimi götürülən hərbi texnikalarının qiymətinin milyardlarla dollar olduğunu deyir.

Qeyd edək ki, bu məbləğ Ermənistan kimi kiçik və kasıb ölkə üçün çox böyük zərər, ordusu üçün isə zərbə deməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti